image-rt-reklam
image-img_20250425_130555backend

Azərbaycan: Müstəqillik, inkişaf və mədəni böyüklüyün simvolu

image-728x90

Zamanın sınağından çıxmış dövlətin yolu: ilk dünya kəşflərindən milli kimliyin zəfərinə doğru.

1920-ci il 29 aprel tarixi Azərbayçan tarixində Azərbayçan Xalq Cümhuriyyətinin Qırmızı Ordu tərəfindən devrilməsi günü kimi yadda qaldı. Ertəsi gün isə rəsmi olaraq Sovet hakimiyyəti quruldu. Bu dönüş nöqtəsi Azərbayçan xalqı üçün yeni bir dövrün başlanğıcı oldu.
Bəzi insanlar hesab edir ki, sovetləşmə Azərbayçana iqtisadi yüksəliş və mədəni inkişaf gətirdi. Həqiqətən də, ölkənin tarixində Sovet İttifaqının dəstəyi ilə sənayeləşmə və mədəni nailiyyətlərlə bağlı önəmli səhifələr var. Lakin qeyd etmək lazımdır ki, sovet hakimiyyətindən əvvəl də Azərbayçan özünəməxsus inkişaf yolu, dərin nailiyyətləri və zəngin mədəni irsi ilə seçilirdi.
Azərbayçan hələ o dövrlərdə dünya neft sənayesində öncül mövqedə idi:
– Dünyada ilk müasir neft quyusu Bakının Bibiheybət yatağında qazılmışdır.
– XX əsrin əvvəllərində Bakı sənaye və əhali artım tempinə görə Nyu-Yorku geridə qoyurdu.
– Dünya üzrə hasil olunan neftin 50%-i məhz Bakıda çıxarılırdı və İkinci Dünya Müharibəsi dövründə Bakı Sovet ordusunun yanacaq ehtiyaclarının 85%-ni təmin edirdi.
Azərbayçan humanitar sahədə də öncül olub:
– Qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən ilk müsəlman ölkəsi məhz Azərbayçan olmuşdur.
– Müsəlman Şərqində ilk dəfə olaraq “Leyli və Məcnun” operası Bakıda səhnələşdirilmişdir və “Qız qalası” baleti yazılıb nümayiş etdirilmişdir.
Elm və mədəniyyət sahəsində ölkənin misilsiz töhfələri var:
– Nobel mükafatının əsası, Baki neftindən əldə olunan kapital sayəsində qoyulmuşdur.
– Sovet İttifaqında yeganə kondisioner zavodu Azərbayçanda inşa edilmişdir.
– Bakıda SSRİ-də ilk elektrik qatarı istifadəyə verilmiş və ilk daimi sirkin binası tikilmişdir.
1918-ci ildə yaradılmış Azərbayçan Xalq Cümhuriyyəti isə müsəlman Şərqində ilk parlamentli demokratik respublika kimi tarixə düşmüşdür və xalqın müstəqillik və demokratik idarəetmə uğrunda mübarizəsinin parlaq nümunəsi olmuşdur.
Sovet dövründə belə Azərbayçan iqtisadi baxımdan özünü təmin edən bir respublika olaraq qalmış, həm iqtisadi, həm də mədəni inkişaf sahələrində böyük nailiyyətlər əldə etmişdir.
Bu gün Azərbayçan müstəqil inkişaf yolunda inamla irəliləyir, dövlətçiliyini möhkəmləndirir, iqtisadiyyatını, elm və mədəniyyətini inkişaf etdirir və tarixi irsini dünya arenasında ləyaqətlə təmsil edir.

Mobil Məmmədov
Özbəkistan Respublikası Azərbaycan Milli Mədəniyyət mərkəzinin idarə heyətinin sədri

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90