image-rt-reklam
image-img-20240915-wa0014backend

Azərbaycan mövqeyində və tələbində haqlıdır

image-728x90

Azərbaycanın beynəlxalq arenada apardığı siyasi kursun əsasını ərazi bütövlüyümüzün təmini, 2020-ci il 10 noyabr Bəyannaməsinə əməl olunması və bütövlükdə bölgədə əbədi sülhün yaranması təşkil edir.

Vətən müharibəsində sonrakı 3 il ərzində Ermənistanla Avropa İttifaqının və Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərdə də rəsmi Bakının mövqeyi dəyişməzdir. Ancaq təəssüflər olsun ki, görüşlərdə, danışıqlar prosesində konstruktiv bəyanatlar verən, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirən Paşinyan sonradan əks mövqe nümayiş etdirərək bölgədə davamlı sülhün əldə olunmasında maraqlı olmadığını fəaliyyəti ilə nümayiş etdirir.
Son vaxtlar həm Laçın sərhəd keçid məntəqəsi ətrafında yaradılan siyasi şou, həm separatçı rejimin oyuncaq seçki tamaşası, ərazilərimizin minalanmasının davam etdirilməsi, mövqelərimizin müxtəlif çaplı silahlardan davamlı olaraq atəşə tutulması və ard-arda bölgədə baş verən hərbi təxribatlar onu göstərirdi ki, Ermənistan durumu dondurulmuş vəziyyətdə saxlamaq istəyir və sülh sazişi imzalamaq niyyətində deyil. Ermənilər bilməlidir ki, bu, qəbulolunmazdır və Azərbaycan bununla barışmayacaq. Ölkəmiz suveren hüquqlarını bütün ölkə boyunca və Qarabağ ərazisində təmin etmək haqqına malikdir.
Prezident İlham Əliyev bölgədə heç bir qanunsuz silahlı birləşmələrin varlığına imkan verilməyəcəyini, Qarabağ ərazisində Azərbaycan qanunlarının bərpa olunacağını bütün diplomatik masalarda əminliklə bildirməsi də bu yolunu azmışlara dərs olmadı.
Hər zaman humanizm və problemin dinc yolla həllinin tərəfdarı olan Azərbaycan bu dəfə də qarşı tərəfə şans tanıyaraq uzun müddət səbr göstərdi. Ancaq tarixi ərazimizdə qanunsuz erməni hərbi birləşmələrinin mina terroru nəticəsində Azərbaycan vətəndaşlarının şəhid olması rəsmi Bakının qəti tədbirlər görməsinin qaçılmaz olduğunu göstərdi.
İşğal dövründə xarabaya çevrilən ərazilərin bərpa işlərini həyata keçirən mülki şəxslərin də terror hədəfində olması bir həqiqəti təsdiqlədi ki, bölgə terrorçu hərbi birləşmələrdən təmizlənmədən nə quruculuq prosesi, nə də sülh ola bilməz. Bu səbəbdən Azərbaycan tərəfinin antiterror tədbirləri bütövlükdə bölgənin gələcəyinə hesablanmış uğurlu addım oldu. Keçirilən antiterror tədbirləri ölkəmizin hüququdur, silahlı qüvvələrimiz mülki əhalini və infrastruktur obyektləri birmənalı şəkildə hədəfə almır, məqsəd bəllidir.
Şanlı 44 günlük Vətən müharibəsində olduğu kimi 2023-cü ilin sentyabrındakı bir günlük antiterror əməliyyatları zamanı da bütün xalq Prezident İlham Əliyevin milli maraqlarımıza hesablanmış qətiyyətli mövqeyini dəstəkləyir, qəhrəman ordumuzun fəaliyyətini alqışlayır. Prezident Xalq vəhdəti qarşısında heç bir qüvvə dayana bilməz. Bu ərazi Azərbaycanın və burada Azərbaycanın qanunlarının aliliyi təmin olunmalıdır. Azərbaycan mövqeyində və tələbində haqlıdır. Yalnız Qarabağda qanunsuz erməni hərbi silahlı dəstələrinin təslim olmasından və oyuncaq rejimin özünü buraxmasından sonra antiterror tədbirlərinin dayandırılması müzakirə mövzusu ola bilər. Əks halda, ordumuzun başıpozuq qanunsuz hərbi birləşməyə, onların hərbi obyektlərə qarşı zərbəsi daha sərt olacaq.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90