image-rt-reklam
image-3backend

Azərbaycan-Misir əlaqələrinın tarixi kökləri mövcuddur

image-728x90

Azərbaycan-Misir münasibətləri qədim tarixi köklər əsasında inkişaf edib. Ortaq mədəniyyətə malik iki dost ölkə arasında hələ orta əsrlərdən xalqlararası əlaqələr qurulub. Keçmiş sovetlər dönəmində belə qorunub-saxlanan bu əlaqələr müstəqillik illərində daha da möhkəmlənib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Misir 1991-ci il dekabrın 26-da ölkəmizin müstəqilliyini tanıyıb və 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olarkən Misir Prezidenti ilə görüşüb. Prezidentlərin bu görüşündə Azərbaycan-Misir münasibətlərinin yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm məsələlər müzakirə edilib.
Azərbaycanın müstəqil dövlət kimi yürütdüyü xarici siyasət kursunda mühüm faktor olan islam ölkələri sırasında Misir başlıca yerlərdən birini tutur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib.
Misir Ərəb Respublikası İkinci Qarabağ müharibəsindəki Zəfər savaşı günlərində və ondan sonra da Azərbaycanın haqlı mövqeyinə dəstək verib. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə rəsmi Qahirənin dəstəyini qazanıb. Siyasi-mədəni əlaqələrlə yanaşı, son illər Azərbaycanla Misir arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir.
Prezident İlham Əliyevin bu günlərdə Misirə uğurla baş tutan rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açır. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Səfərin gündəliyi kifayət qədər geniş olub. Bir sıra mühüm görüşlər keçirilib. Yeni sənədlər imzalanıb. Ticarət dövriyyəsi bir neçə dəfə artıb. İmzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəni artıracaqdır. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq
Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir.
Azərbaycan tərkibində çoxlu sayda ərəb dövlətinin də təmsil olunduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv qəbul olunub və ötən illərdə qurumun fəaliyyətində yaxından iştirak edib. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü böyük uğurla baş tutub və həmin tədbirdə quruma sədrlik 2019-2022-ci illərdə Azərbaycana keçib. Sonradan üzv dövlətlərin xahişi ilə ölkəmizin QH-na sədrliyi daha bir il uzadılıb. Ölkəmiz Qoşulmama Hərəkatına böyük uğurla sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, funksionallığının artmasına, nüfuzunun yüksəlməsinəmühüm töhfələr verib.
İslam həmrəyliyi hazırkı zamanda çox aktual və çox vacibdir. Ərəb və qeyri-ərəb müsəlman ölkələri ilə münasibətlərin sıxlaşması, yeni əlaqələrin qurulması həm bizə, həm də müsəlman ölkələrinin ortaq maraqlarına töhvə verən amillərdəndir. Bu qəbildən də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Misirə rəsmi səfəri, Misir Prezidenti cənab Əbdülfəttah əs-Sisi ilə səmərəli görüşü və faydalı dialoqların olması, bir sıra sənədlərin imzalanması İslam həmrəyliyin bariz nümunəsidir.
İyunun 8-də Qahirədə Azərbaycan–Misir dövlət sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə 7 sənəd imzalanıb. Sənədlərin imzalanması mərasimindən sonra Misir Prezidenti Əbdülfəttah əs-Sisi mediaya açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin səfərinin ikitərəfli əlaqələri gücləndirəcəyini qeyd edib. “Misir Cənubi Qafqazda sabitlik və sülhün bərqərar olmasına sadiqdir”, – deyən Əbdülfəttah əs-Sisi Azərbaycanı COP29-a evsahibliyi münasibətilə təbrik edərək, Azərbaycan Prezidenti İlham Əliyevlə aparılan danışıqların iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyini vurğulayıb. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev Misirin dövlət başçısı Əbdülfəttah əl-Sisini COP29-a dəvət edib.
Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, beynəlxalq məsələlər istiqamətində ölkələr arasında fikir ayrılığı yoxdur və Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, bütün beynəlxalq məsələlərdə fikrirlər üst-üstə düşür. Hər iki dövlər beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirlər və Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik edib.
Dövlər başçısı bildirib ki: “Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır – müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır.”

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90