image-rt-reklam
image-1backend

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə “Daun xəstəlik deyil, fərqlilikdir” adlı tədbir keçirilib – FOTOLAR

image-728x90

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində autizm spektri pozuntusu və daun sindromu olan uşaqlar üçün “Daun xəstəlik deyil, fərqlilikdir” adlı tədbir keçirilib.
Tədbir həm maarifləndirmə, həm də əyləncə məqsədi daşıyıb. Proqramın maarifləndirmə hissəsində Daun sindromlu şəxslər üçün idman fiziki sağlamlıq, karate idman növünün onların fiziki inkişafına müsbət təsir göstərməsi, Paralimpiya və parakarate kimi yarışların onların bacarıqlarını göstərmək üçün ideal platformalar olması və idmanla məşğul olmaq onların özgüvəninin artırması və sosiallaşmanı dəstəkləməsi mövzusunda müzakirəli seminarlar keçirilib.
İkinci hissədə isə uşaqların sosiallaşmasına xidmət edən maraqlı və əyləncəli tədbir təşkil olunub. Tədbir uşaqlar üçün təşkil edilən konsert proqramı ilə davam etdirilib, müxtəlif oyunlara, şən klounların iştirakına yer verilib. Azərbaycan Karate Federasiyasının üzvlərinin və mərkəzdə təhsil alan uşaqların iştirakı ilə karate üzrə nümunəvi çıxışları göstərilib.
Maraqlı tədbirlər zamanı uşaqlar yeni dostlar qazanıb, müxtəlif oyunlar oynayıb və sosial inteqrasiyanı dəstəkləmək naminə unudulmaz anlar yaşayıblar. Sonda uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90