image-rt-reklam
image-1backend

Azərbaycan İran və Fransanı necə qorxuya salıb? -TƏHLİL

image-728x90

Azərbaycanın regionda güc mərkzinə çevrilməsi bəzi Qərb ölkələrinin qorxusuna səbəb olub. Sözsüz ki, ötən gün baş verənlər Ermənistanın müstəqil olaraq addım atmasının nəticəsi deyildi. Burada Qərb ölkələrinin barmağı açıq-aydın hiss edilirdi. Xatırladaq ki,  ötən gün Ermənistan Zəngilan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, bir hərbçi yaralanıb. 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində sgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Bunun ardınca İran mediası, xüsusən SEPAH-a bağlı olan media qurumlarında erməni təxribatına don geyindirməyə çalışıblar. SEPAH-a bağlı olan media qurumlarında hadisələrə birtərəfli yanaşılıb. İran mediası ilə yanaşı, Fransanın bəzi nəşrləri də erməni təxribatına don geyindirməyə çalışıb. Bu media qurumlarının əndişələnməsinə səbəb nədir?

Sözsüz son illər Cənubi Qafqaz bölgəsi geosiyasi dəyişikliklərə məruz qalıb. Ukraynada müharibə, o cümlədən Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsinin effektiv həlli bu bölgənin yeni dövrə qədəm qoyması həmçinin Azərbaycanın regionda söz sahibinə çevrilməsinə səbəb oldu.

Azərbaycan dünya miqyasında qəbul edilən güc mərkəzinə çevrilir. Burada enerji resuslarının önəmli rolu qaçılmazdır.

Heç kimə sirr deyil ki, indiyədək Cənubi Qafqaz 6 böyük dövlətin nüfuz uğrunda yarışdığı çox mürəkkəb geosiyasi məkana çevrilmişdi. Rusiyanın Ukraynada dalana dirənməsi Azərbaycanın mövqelərini gücləndirib. İndi Azərbaycanı regionun əsas söz sahibi saymaq olar. Və bunu bəzi Qərb ölkələri anlayır.

Ermənistanın Rusiyadan asılılıqdan çıxarmaq üçün İran   Ermənistanla qaz ticarəti müqaviləsini 2030-cu ilə qədər uzatmaq barədə razılığa gəliblər. Lakin görünən odur ki, İran Ermənistanın Azərbaycanın təsir imkanlaından qorumaq üçün bu müqavilənin müddətini artırıb. Lakin zaman göstərir ki, artıq Ermənistanda da anlayırlar ki, onlar üçün ən yaxşı tərəfdaş Azərbaycan ola bilər.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90