image-rt-reklam
image-1backend

Azərbaycan–İran sərhədində növbəti dəfə zəlzələ olub

image-728x90

Azərbaycanın İran İslam Respublikası ilə sərhədyanı bölgəsində 3,6 maqnitudalı zəlzələ olub.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Yardımlı stansiyasından 16 km şimalda, Azərbaycanla-İran sərhəddində (İran ərazisində) zəlzələ qeydə alınıb. Zəlzələ Yardımlı, Cəlilabad rayonlarında 3 baldan artıq hiss olunub.

Xatırladaq ki, dünən də eyni ərazidə zəlzələ qeydə alınmışdı.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90