image-2000x150
image-mycollages_-_2023-03-09t100648-612backend

“Azərbaycan informasiya savaşında balans yarada bildi ” – Cavanşir Feyziyev

image-728x90

“Dünyada hər zaman qütbləşmə olub. İndi qütblərin sayı da artmaqdadır. Hegemonluq edən, heç bir qüvvə ilə  hesablaşmaq istəməyən böyük dövlətlər sözsüz ki, kiçik və yeni qurulan ölkələrin böyüməsini istəmir” –Ulusal.az xəbər verir ki, bu fikirləri millət vəkili Cavanşir Feyziyev Azərbaycan radiosunun efirində yayımlanan “Günün nəbzi” verilişində bildirib.

Millət vəkili bildirib ki, Azərbaycan regionda sülhün carçısı kimi çıxış edir.

“Artıq Bakıda X Qlobal Forumu keçirilir. Bu forumda ölkələrin təhlükəsizlik məsələsi, enerji problemləri müzakirə olunur. Bu Azərbaycanın dünyaya bir sülh cağrışıdır. Çox mötəbər şəxslərin bu forumda iştirakı dünyanın bu foruma marağından irəli gəlir” -deyə Cavanşir Feyziyev bildirib.

Millət vəkili əlavə edib ki, Bakı Qlobal Forumu beynəlxalq  məsələləri müzakirəyə çıxarıb ki, məhz buna görə yüzlərlə tanınmış siyasətçi bu foruma qatılıb.

“Azərbaycan bu forumu təşkil etməklə öz haqq səsini dünyaya çatdırır. 30 il ərzində informasiya savaşında ermənilər yanlış təsəvvür yaratmaq istəyirdilər. Amma bu gün Azərbaycan beynəlxalq tədbirlər təşkil etməklə informasiya savaşında balans yarada bildi” -deyə Cavanşir Feyziyev bildirib. Daha ətraflı videomatrealda:

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90