image-rt-reklam
image-3backend

Azərbaycan ilə İtaliya arasında yeni əməkdaşlıq səhifəsi açılır

image-728x90

Cənubi Qafqazın ən güclü və modern dövləti, siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycanı İtaliya ilə sıx əlaqələr bağlayır. İtaliya ilə münasibətlərin inkişaf dinamikası olduqca yüksəkdir və ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya bu gün nəzərdə tutulan səfəri həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyətə malikdir. İki ölkə arasındakı yüksək siyasi dialoq hazırkı dövrlə yanaşı, gələcək illərdə də əlaqələrin şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir.

Ölkələrimiz arasında ticarət əməkdaşlığı iqtisadi münasibətlərin əsas istiqamətlərindəndir. Qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan-İtaliya münasibətləri bu gün dünya üçün mühüm töhfələr vəd edir. Bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək.

İtaliya-Azərbaycan əlaqələrinin digər Avropa ölkələri üçün də bir nümunə modelidir. Bu münasibətlər bütün Avropa və Qafqaz ölkələrinin inkişafına stimul verəcəkdir. Azərbaycan Qafqazda Avropa İttifaqının, o cümlədən İtaliyanın ən yaxın strateji tərəfdaşıdır. Avropa İttifaqı ilə ölkəmiz arasındakı yaxşı əlaqələrin mövcud olmasına vəsilə yaradan səbəblərdən biri də odur ki, Azərbaycan demokratik dəyərlərə malik ölkədir, insanların hüquq və azadlıqları qorunur, söz, mətbuat azadlığı və sərbəstliyi mövcuddur. Məhz bu səbəbdən Azərbaycan-İtaliya əlaqələri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və regionumuzun sabitliyi üçün böyük töhfələrini verəcək.

İtaliya Ermənistan ilə Azərbaycan arasında uzun illər davam edən münaqişənin həlli istiqamətində ədalətli yanaşma sərgiləyib. Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın yanında olub, bu ölkənin parlament qrupu Azərbaycana səfər edib. Senatorlar Gəncə şəhərinin Ermənistan tərəfindən raketlərlə atəşə tutulmasının nəticələri ilə, Ağdam rayonunda işğalın fəsadları ilə yerində tanış olub, öz fikirlərini bölüşüblər. İşğaldan azad olunan ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərində də İtaliya şirkətləri əsas pay sahiblərindəndir. Hazırda respublikamızın üç şəhərində İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da dost ölkə şirkətləri tərəfindən həyata keçirilir.

Bu baxımdan İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın sentyabrın 30-da Azərbaycana rəsmi səfəri iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da  genişləndirilməsinə böyük təkan olacadır. Həmin gün Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Görüşlərdə Azərbaycan-İtaliya arasında əlaqələr, onların genişləndirilməsi və bir sıra digər məsələlərə müzakirə edilib və hər iki dövlət başçısı mətbuata bəyanatla çıxış ediblər.

Dövlətimizin başçısı vurğulayıb ki, iqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilib. Burada xüsusilə Azərbaycan neftinin və qazının İtaliyaya ixracını qeyd etmək lazımdır. Bununla yanaşı Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəsini vermişdir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə ixracın əhatə dairəsi artır və hazırda boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi: “Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdədir, Azərbaycan qazı ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir. Biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı”.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə, strateji əməkdaşlıq və tərəfdaşlığın daha yüksək səviyyəyə qalxmasına imkan yaradacaq,  iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və münasibətlərdə yeni səhifə açacaqdır.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90