image-2000x150
image-4backend

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində Rusiya önəmli rol oynayır

image-728x90

Azərbaycan Prezidenti cənab İlham Əliyevin mayın 25-də Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirakı, ölkəmizin getdikcə artan beynəlxalq nüfuzunun daha bir göstəricisidir. Qeyd olunmalıdır ki, Azərbaycan artıq uzun müddətdir ki, Avrasiya İqtisadi Birliyinin demək olar ki, bütün üzvləri ilə əməkdaşlığını uğurla davam etdirir. İstisna yalnız Ermənistandır ki, bu vəziyyətdən də itirən yenə də bu ölkənin özüdür. Əlbəttə ki, yaxın zamanlarda bu vəziyyət dəyişə bilər. Öz çıxışında cənab Prezident İlham Əliyevin dediyi kimi, hazırda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Buna görə də sülh gündəliyi öz aktuallığını hələ də qoruyur. Hərçənd, Ermənistanın baş naziri Moskva görüşünün gedişində də özünü müəyyən qeyri-adekvat replikalar verməkdən saxlaya bilmədi. O cümlədən Azərbaycana qarşı dövlətimizin Ermənistan ərazilərinə göz dikdiyi barədə absurd ittihamların irəli sürülməsi, yalnız bu ittihamı səsləndirən şəxsin qeyri-sağlam təxəyyülə sahib olmasından xəbər verir. Möhtərəm dövlət başçımızın öz çıxışında işlətdiyi “dəhliz” sözünə don geyindirməyə cəhd etməklə, Ermənistanın hökumət başçısı bu dəfə də beynəlxalq siyasi terminologiyadan məlumatsız olduğunu nümayiş etdirdi. Həmçinin qarşı tərəfin daha bir əsassız iddiası Azərbaycanın guya ki, Laçın-Xankəndi yolunu bloklaması ilə bağlıdır. Dövlətimiz isə, sadəcə Ermənistanla sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir və bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları, təcili yardım maşınları Xankəndi şəhərinə və əks istiqamətdə maneəsiz hərəkət edirlər. Lakin bütün bunlara rəğmən, Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı nəzərə alınarsa, sülh sazişinə nail olmaq üçün əlverişli imkanların mövcud olduğunu demək olar.

 

Nəsimi rayon təhsil işçisi

Məmmədova Şəfəq

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90