image-rt-reklam
image-img-20231004-wa0000backend

Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır

image-728x90

Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Heydər Əliyev qlobal düşüncəli geniş dünyagörüşlü bir siyasətçi idi. O realist bir insan olaraq hadisələrə real yanaşır. Ölkəmizin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Bu dahi, siyasət adamı bütün fəaliyyəti boyu xalq məhəbbətini qazanan, uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.

Hər birimizə məlumdur ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc – mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Həmin dövrün iqtidarı xalq qarşısında gündən – günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdə çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Ona görə də Azərbaycan xalqı onu qoruyacaq əvəzsiz lideri Heydər Əliyevi dəvət etdi. 1993-cü il oktyabrın 3-ə təyin olunmuş prezident seçkiləri Azərbaycan xalqı üçün mühim tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi.
Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən qoruyub. Öz andına daim sadiq qalmışdır. Ulu Öndər, Ümummilli lider andiçmə mərasimindəki nitqində deyib. “Bu gün mənim üçün tarixi əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına təşəkkür edirəm. Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcəyəm” .
Hər birimizə yaxşı məlumdu ki, H. Əliyev hər zaman çətin anlarda həyatını təhlükə altına belə qoysada öz xilaskarlıq missiyasını yerinə yetirmişdir. Hələ o vaxt Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda o həyatını təhlükə altına qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə davam edən qiyamın qarşısını aldı. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında müstəqil həyat yaşayır. Dövlətçiliyimizin əsasları qoyuldu, müstəqil dövlətin konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış ” Əsrin müqaviləsi ” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış 1997-ci ildə Azərbaycan nefti Bakı – Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı – Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.
Ulu Öndər Azərbaycan və dövlətçiliyimiz haqqında yüksək tribunalardan çıxış edərək fikirlər söyləyirdi.
” Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da göz – bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik. Biz tam müstəqil bir dövlətik. Azərbaycan dünya birliyində müstəqil dövlət kimi özünəməxsus yer tutur. Bunun mənəvi əhəmiyyəti maddi əhəmiyyətindən daha da çoxdur. Bizim Azərbaycan dövlətinin çox gözəl gələcəyi var. Biz bu gələcəyi müstəqillik yolunda görürük. Azərbaycan üçün dövlət müstəqilliyi tarixi nəaliyyətdir, ən böyük sərvətdir. Biz sülhsevər ölkəyik. Biz dünyada sülh istəyirik və buna nail olacağıq. Mən tam əminəm ki, Azərbaycanın xalqı böyük yol ilə irəliləyir. Bu dövlətin əsas ideyası azərbaycançılıqdır. Biz Azərbaycan dilini, mədəniyyətini, milli – mənəvi dəyərlərini, adət – ənənələrini yaşatmalıyıq “. Bütün bu fikirləri ölməz, təkrar olunmaz insan olan Ulu Öndərimizin dünyanın bir çox ölkələrində etdiyi çıxışlarında ictimaiyyətin diqqətinə çatdırmışdır.

Hacıyeva Gülnarə Həsənqulu qızı

Nəsimi Rayon İH yanında İctimai Şuranın sədr müavini

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90