image-2000x150
image-3backend

Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir

image-728x90

Ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir;
Dayanıqlı inkişaf məqsədləri Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 məqsəddir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildə keçirilən tarixi sammitində dünya liderləri tərəfindənqəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) 1 yanvar 2016-cı il tarixində rəsmi şəkildə qüvvəyə minib.
Hər kəsi əhatə edən və universal xarakter daşıyan bu yeni Məqsədlər fonunda, qarşıdakı on beş il ərzində ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edəcəklər.
DİM-lər həmdə Qlobal Məqsədlər kimi tanınır. Çünki burada demək olar ki, bütün dünyanı özündə birləşdirir və hamı üçün daha gözəl, daha yaşanıla biləcək bir dünya qurmağa çalışılır. Əsas məqsədi daha irəliyə getmək, inkişaf etmək, yoxsulluğun aradan qaldırılmasıdır.
Qeyd etdik ki, Dayanıqlı İnkişaf məqsədləri 17 məqsəddən ibarətdir. Bu məqsədlər aşağıdakılardır:
1. Aclığa son
2. Yoxsulluğa son
3. Yaxşı səhiyyə və rifah
4. Keyfiyyətli təhsil
5. Təmiz su və sanitariya
6. Gender bərabərliyi
7. Sərfəli və təmiz enerji
8. Layiqli əmək və iqtisadi artım
9. Sənaye, innovasiya və infrastruktur
10. Bərabərsizliyin azaldılması
11. Dayanıqlı şəhərlər və icmalar
12. Məsuliyyətli istehlak və istehsal
13. İqlim dəyişikliyinə qarşı mübarizə
14. Dəniz ekosisteminin mühafizəsi
15. Torpaq ekosisteminin mühafizəsi
16. Sülh, ədalət və səmərəli institutlar
17. Məqsədlər üçün tərəfdaşlıq

Bütün bu məqsədlərdən də bəlli olur DİM daha gözəl bir dünyanın inkişaf etdirilməsi üçün mükəmməl bir əməkdaşlıq yaradır.
Azərbaycan Respublikasıda DİM-in tərəfdaşlarından biridir. Həmçinin ölkəmiz, DİM-ləri milli səviyyədə sürətləndirmək üçün atıla biləcək konkret siyasət və proqramlaşdırma addımlarını əks etdirən MAPS (2030 Gündəliyi naminə aktuallaşdırma, sürətləndirmə və siyasətə dəstək) missiyasını həyata keçirən ilk ölkələrdən biri olub və ölkə təcrübəsini 2018-ci ildə keçirilən Dayanıqlı İnkişaf üzrə Bakı Forumunda təqdim edib.

Cari ilin Martın 2-də Qoşulmama hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas qrupunun Bakıda Zirvə adlı görüşü keçirilib. Bu görüşdə cənab prezidentimiz İlham Əliyev bildirib ki, ölkəmiz Ermənistanın işğalına görə dünyada ən çox minalarla çirkləndirilmiş ölkələr arasındadır. Prezidentimiz həmçinin qeyd edib ki, 2020-ci ildə baş vermiş “44 günlük” müharibədən sonra həmjn ilin, yəni 2020-ci ilin Noyabr ayından etibarən 300 azərbaycanlı mina partlayışı nəticəsimdə həlak olub və ya yaralanıb.
Əlbətdəki buda ermənilər Azərbaycan dövlətinə, əhalisinə vurduğunu ziyanlardan biridir. Təbii ki, ermənilərin gücü Azərbaycan dövlətini məhv etməyə bəs etməz sadəcə ancaq bu şəkildə aparılacaq olan yenidərqurma və abadlıq işlərini ləngidə bilərlər.
Minaların təmizlənməsi çox vacib məsələdir. Beləkiminaların təmizlənməsi həm yeniqurma işlərini ləngidir həm də bununla yanaşı minatəmizləmə işi çətin, təhlükəli və vaxtaparan bir işdir.
Məhz bütün bunlara görə cənab prezidentimiz öz çıxışında minatəmizləmənində Dayanıqlı İnkişaf Məqsədlərinə 18-ci məqsəd olaraq daxil olması fikrini irəli sürür. Bu fikir təkcə Azərbaycan üçün yox ,məncə bütün dünya ölkələri üçün vacib bir məsələ olar. Çünki hazırkı dövrdə həm də bəşər tarixi dünyada müharibələr daim olub və olacaqda. Təbii ki, hər bir insan müharibə olmayan bir şəraitdə yaşamaq istəyər amma tarixdən də göründüyü kimi müharibə şəraitini hər bir insan mütləq bir gün dadacaqdır. Bu hər bir ölkə üçün də keçərlidir.

Ümid edirik ki, prezidentimizin bu fikri qlobal miqyasda öz əksini tapar və bununlada Azərbaycan Rezpublikası bütün minalanmış əraziləri təmizlənər. Ən əsasıda tez bir zamanda yenidənqurma işləri tamamlanar, öz doğma yurdlarından didərgin düşmüş soydaşlarımız öz doğma yurdlarına qayıdarlar.

Ayişə Çunayeva
ADPU, Nəsimi rayon sakini

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90