image-rt-reklam
image-ceyhun6backend

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması çox önəmli idi

image-728x90

Milli Məclisin deputatı Ceyhun Məmmədov

Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibədə bir çox məsələlərə toxundu. Hər birimizə məlum olduğu kimi cənab prezident 2020-ci ildə Vətən Müharibəsi dövründə də xarici mediaya müsahibəsində informasiya müharibəsinin önündə getmişdir. Bu gün “Euronews” avropanın ən çox izlənilən kanallarından biri sayılır. Zaman – zaman burada müxtəlif məsələlər işıqlandırılır. Xüsusi ilə də Azərbaycan Ermənistan münasibətləri ilə bağlı. Bəzən də təəssüf ki, Ermənistan tərəfindən verilən düzgün olmayan məlumatlar əsasında da biz bəzi sujetlərin bu televiziyada getdiyinin şahidi oluruq. Hesab edirəm ki, cənab prezidentdən götürülən bu müsahibə xüsusi önəm və əhəmiyyət daşıyır. O mənada ki, növbəti dəfə cənab prezident Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ermənistan-Azərbaycan münasibətlərindəki bir çox məsələlərə xüsusi aydınlıq gətirdi. Hazırda bölgəmizdə baş verən proseslərlə bağlı Azərbaycanın qətiyyətli mövqeyini bir daha çatdırdı.

Azərbaycan bu gün bölgəyə sülhün gəlməsində maraqlıdır və bunun üçün Azərbaycan davamlı olaraq müxtəlif addımlar atır və gözləyir ki, Ermənistan da öz növbəsində bu prosesə öz tövhəsini versin. Sülh prosesinin yekunlaşması üçün Ermənistan da çox real addımlar atmalıdır və atmadığı təqdirdə biz heç bir irəliləyişdən danışa bilmərik. Eyni zamanda hesab edirəm ki, cənab prezidentin müsahibəsindəki önəmli məqamlardan biri də bölgəmizə, prosesə kənar müdaxilə ilə bağlıdır. Hesab edirəm növbəti dəfə cənab prezident Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı və bi bunun növbəti dəfə şahidi olduq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevn hakimiyyətə gəldiyi ilk gündən həyata keçirdiyi bütün tədbirlər, islahatlar və layihələr bir dövlət olaraq Azərbaycanın dünyanın və regionun ən güclü dövlətlərdən birinə çevrilməsinə xidmət etmişdir. Ölkəmiz son illər ərzində qazandığı uğurlar və qələbələrlə dünyanın diqqət mərkəzindədir.

Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə həmçinin ölkəmizin daxili və xarici siyasətindən, iqtisadiyyatımızın inkişafının xüsusiyyətlərindən və buna səbəb olan amillərdən bəhs etdi.
İlham Əliyev tərəfindən həyata keçirilən bütün tədbirlər ölkəmizin inkişafının təməlini təşkil edir.
Hesab edirəm ki, bu müsahibə Azərbaycanın qarşısına qoyduğu hədəflərin həyata keçməsinə və gerçəkləşməsinə də öz töhvəsini verəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90