image-rt-reklam
image-nesib-22-2backend

“Azərbaycan güclü idman dövlətidir” – Nəsib Məhəməliyev

image-728x90

Azərbaycanın hərtərəfli inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Ölkəmizdə elə bir sahə yoxdur ki, inkişaf mərhələsində olmasın. Avqustin 14-də dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən ölkəmizdə idmanın inkişafı istiqamətində atılan addımlardan və uğurlu nəticələrdən bəhs etdi. “Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Cənab İlham Əliyev ölkəmizdə idmanın inkişafına və idmançılarımıza böyük diqqət və qayğı göstərir. Gənclərimizin sağlam olması, idmana böyük maraq göstərmələri dövlətimizin gənclərlə bağlı siyasətinin əsas prioritetlərindəndir. Prezidentimiz idmançılarımıza beynəlxalq idman yarışlarlarında ölkəmizi layiqli təmsil etmələri üçün böyük imkanlar yaratmışdır. Hər bir regionumuzda ən müasir tələblərə cavab verən çoxsahəli İdman Olimpiya Kompleksləri tikilmişdir. Prezident İlham Əliyevin idmanın bütün növlərinin inkişafına göstərdiyi diqqət və qayğı, atdığı addımlarda özünün aydın səkildə göstərir. İdmançılarımız da ölkə başçımızın onlara göstərdiyi bu diqqət və qayğını doğrultmaq üçün ölkəmizi beynəlxalq idman yarışlarında layiqli şəkildə təmsil edir, yüksək nəticələr göstərərək bayrağımızı ucalara qaldırır, himnimizi səsləndirirlər. Fransada keçirilən XXXIII Paris Yay Olimpiya oyunlarında da idmançılarımız böyük nəaliyyətlər əldə edərək ölkəmizə iki qızıl, iki gümüş, üç bürünc medal qazandıraraq bayrağımızı ucaldıb himnimizi səsləndirdilər.

Bu münasibətlə Prezident cənab İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını qəbul edib və beynəlxalq yarışda və Olimpiya Oyunlarında idmançılarımızın uğurlu çıxışları barədə fikirlər söyləyib. Prezidentimizin idmana və idmançılara göstərdiyi qayğı , Azərbaycanda peşəkar idmançıların yetişməsi üçün gördüyü işlər ,Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanıdıb. Parisdə qazandığımız medalların sayına və əyarına görə Azərbaycan dünyada 30-cu, İslam Əməkdaşlıq Təşkilatına üzv 57 ölkə arasında 3-cü yerdədir. Müstəqillik dövründə bu göstərici Olimpiyadalardaki ən yüksək nəticədir. Gələn gənc nəsil Prezident cənab İlham Əliyevin idmançılara göstərdiyi böyük diqqət və qayğıdan ruhlanaraq aktiv şəkildə idmanla məşğul olurlar. Vətənpərvərlik ruhunda yetişən bugünkü gənclərimiz də xarici dövlətlərdə Azərbaycan bayrağının yüksəltməyi və himnimizi səsləndirməyi özləri üçün böyük şərəf sayır və bununla qürur duyurlar. Prezidentimiz Azərbaycan dövlətini bütün dünyaya qalib ölkə, Azərbaycan xalqınını mərd, igid və əzmkar bir xalq kimi tanıtdı. İdmançılarımız da bu qalibiyyəti dünyanın yarış meydanlarında fəxrlə davam etdirirlər. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.

Nəsib Məhəməliyev

110 Balakən seçki dairəsindən deputatlığa namizəd

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90