AFFA-nın təşkil etdiyi U-10 Liqasının matçında insident yaşanıb.
Ulusal.az xəbər verir ki, xoşagəlməz hadisə “Səbail” – “Qartallar” matçında qeydə alınıb. İnsident birincilər oyunun sonlarında qələbə qolunu vurduqdan sonra (5:4) yaşanıb.
“Səbail” fərqləndikdən sonra hakimlə komandalardan birinin məşqçilər korpusu arasında gərginlik yaşanıb. Böyük ehtimalla bu, qolu buraxan “Qartallar” komandası olub. Komandanın məşqçi heyətindən bir nəfər oyunu idarə edən qadın hakimin ona jest etdiyini iddia edib. Onun yanındakı türkiyəli məşqçi isə referinin ünvanına ağır ifadələr işlədib.
Video sosial şəbəkələrdə yayımlanıb. Hadisə baş verən zaman qolun təkrarı nümayiş olunduğundan insidentin detallarını müəyyənləşdirmək mümkün olmayıb.