image-rt-reklam
image-1backend

“Azərbaycan Fransa kimi təcavüzkar ölkələri…” – Professordan SENSASİON YAZI

image-728x90

İkinci Qarabağ müharibəsinin 44 gündə qalibiyyətlə başa çatacağını Qərb və Ermənistana qəyyumluq etmək üçün dəridən-qabıqdan çıxan Fransa qətiyyən gözləmirdi. Otuz il ərzində dəstəklədikləri Ermənistanın saylı günlər ərzində acınacaqlı məğlubiyyəti Qərbin ermənipərəst dairələrinə vurulan ciddi bir zərbə oldu. Bu məğlubiyyətdən sonra onlar nə qədər canfəşanlıq göstərsələr də sonda reallıqla barışmaqdan başqa yolları qlmadı. Lakin ümüdlərini də tam itirmədilər. Qarabağın ermənilər yaşayan az bir ərazisində hələ  “çox işlər” görməyin mümkünlüyünə inanaraq, hərəkətə keçdilər. Azərbaycana göstərdikləri təyziqin heç bir səmərə verməməmsi isə onlarda böyük qıcıq yaradır. Bu gün əllərindən gələn yeganə odur ki, müharibədə ağır məğlubiyyətə məruz qalmış Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamasına hər vəchlə mane olurlar. Təbi ki, bu sırada Fransa öz aktivliyi ilə xüsusi seçilir.

Azərbaycanla sülh müqaviləsinin bağlanması MÖVCUD ERMƏNİSTAN  KONSTİTUSİYASINA ZİDDİR

Qərb üçün ikinci böyük zərbə Azərbaycan Ordusunun keçən ilin sentyabr ayının 19-da Qarabağ torpaqlarımızda keçirtdiyi antiterror əməliyyatı oldu. Bu əməliyyat o qədər böyük sürətlə və peşəkarlıqla keçirildi ki, Qərb və onun adından danışan Fransa prossesə müdaxilə etməyə imkan belə tapmadı. Separatçıların təkidi ilə bir neçə gün ərzində ermənilərin  Qarabağı tərk edərək Ermənistana getməsi isə Qəbrin bölgə ilə bağlı bütün ümüdlərini puça çıxartdı.

Qərb bu bölgədən nə istəyir? Onun nə Ermənistan nə də Azərbaycan sevgisi yoxdur. Qərb sadəcə Cənui Qafqazdan Rusiyanı hansı yolla olursa-olsun vurub çıxartmaq və burada əsaslanmağı düşünür. Çünki bölgənin hazırkı imkanlarını, eyni zamanda perspektivdə onun nə qədər böyük əhəmiyyət kəsb edəcəyini yaxşı anlayır. Bir sözlə, Qərb və onun bugünkü sözçüsü Fransa, Azərbaycan başda olmaqla, Cənubi Qafqazın nəhəng bir nəqliyyat habına və ticarət mərkəzinə çevriləcəyini yaxşı bilir və bu səbəbdən indidən bölgənin aktiv oyunçusuna çevrilməyə cəhd göstərir. Lakin bütün cənfəşanlıqlara baxmayaraq, bu Qərb üçün həlli mümkün olmayan bir məsələdir.

Qərb Ermənistanı Rusiyanın üzərinə qaldırıb, onu Rusiyanın caynağından xilas etmək kimi səylərin işləyəcəyinə ümüd etsə də sonda bu ümüdlər doğrulmadı. Reallıqları başa düşən Ermənistan rəhbərliyi Rusiyanı baykot iddiasından yavaş-yavaş əl çəkməyə başladı və keçən ilin sonlarında N.Paşinyan V.Putinin dəvəti ilə Rusiyaya səfər edib, MDB çərçivəsində keçirilən tədbirlərə qatıldı.

Bu gün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin nədən gecikməsi heç kimdə şübhə doğurmur. Onun bağlanması prossesinin uzadılmasının arxasında Qərb və ilk növbədə Fransa dayanır! Ermənistan bu məsələdə müstəqil hərəkət etmək və qərar qəbul etmək imkanlarından özünü artıq çoxdan məhrum edib. N.Paşinyanın sülh müqaviləsi ətrafındakı bütün bəyanatları sadəcə əsası olmayan boş danışıqdan başqa heç nə deyil. Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağı gerçəkdən istəsə belə Qərb və onun qızışdırıb ortaya saldığı Fransa buna imkan verməyəcək. Çünki, sülh müqaviləsinin bağlanması ilə Cənubi Qafqazda mövcud olan münaqişə ocağı tam sönmüş olacaqdır. Bəs o halda dünyanın hər yerində özünə yalnız yaratdıqları və idarə etdikləri konfliktlərlə yer alan Qərb güclərinin və xüsusilə də Fransanın Cənubi Qafqaza giriş qapısı haradan olacaq? Bölgədə konflikt yoxdursa, Fransa kimi ölkə bu bölgəyə hansı adla, kimin “hüquqlarını müdafiə etmək” üçün gələcək? Bu səbəbdən Fransa və onun arxasında dayanan digər böyük güclər öncə Qarabağa ermənilərin qaytarılmasına və onlara hər hansı bir statusun alınmasna çalışırlar. Hesab edirlər ki, sülh müqaviləsinin bağlanmasının vaxtını uzadıb Azərbaycana müxtəlif formalarda təyziqlər göstərməklə onu buna məcbur edə bilərlər.

Çox qəribə bir paradoks yaranıb. Ermənistan hakimiyyəti və onun başında dayanan N.Paşinyan artıq dəfələrlə Qarabağ Azərbaycandır deyib, Azərbaycanın ərazi bütövlüyünü tanısa da və keçən ilin sentyabr ayının 19-da Azərbaycan Ordusunun keçirtdiyi antiterror əməliyyatından sonra Qarabağdan könüllü şəkildə Ermənistana köçüb getmiş ermənilərin geri qaytarılması ilə əlaqədar heç bir təşəbbüs göstərməsə də Fransa bu məsələdə sakitləşmək bilmir. Fransa senatı bununla bağlı qətnamə qəbul edir, ermənilərin geri qaytarılmasını və onlara təminat verilməsini tələb edir. Halbuki Ermənistan parlamenti bununla bağlı artıq çoxdan susub. Bütün bunlar bir daha göstərir ki, sülh müqaviləsinin bağlanmasına kimlər və nə üçün mane olurlar.

Fransa Zəngəzurda konsulluq açmaq niyyətindədir

Bu gün Azərbaycanın Qarabağ torpaqlarında kök salmış separatism üzərindəki ağıllı və qətiyyətli qələbəsini Qərbin özündənrazı Fransa kimi təcavüzkar ölkələri həzm edə bilmirlər. Çabalayırlar. Çabaladıqca da Azərbaycan onların ortaya atdıqları bütün siyasi gedişləri fiaskoya uğradır. Bir sözlə, Azərbaycan onların Cənubi Qafqaza bağlı bütün arzularını puç edir.

Fikrət Yusifov
Iqtisad elmləri doktoru, professor

Fikrət Yusifov: “Tarif dəyişiklikləri qiymətlərə ciddi təsir etməyəcək” |  KONKRET

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90