image-2000x150
image-xususi-teyinatlibackend

” Azərbaycan əsgərini Göyçəyə, Qafana, Qarakilsəyə, İstisuya və Basarkeçərə…”- Ədalət Verdiyev

image-728x90

“Martın 10-da İrəvanda keçirilən birinci ümumerməni vətəndaş assambleyasında kartoqraf Ruben Qalçyan: “Aİ müşahidəçilərinin Ermənistanla Azərbaycan arasında problemlərdən xəbəri yoxdur, onlar sadəcə olduqları ərazidə vəziyyətə nəzarət edirlər. Delimitasiya yalnız Azərbaycan Ermənistanın suveren ərazisini tərk etdikdən sonra başlaya bilər”.
“İndi Qalcyana Ermənistanın suveren ərazisinin olmadığını başa salmaq üçün Zəngəzur və Göyçədə bir qədər də aktivləşməliyik. İnsan nə qədər beyinsiz olmalıdır ki, sulh və delimitasiyanın indiki vəziyyətdə kimi və nə qədər vacib olduğunu anlamasın.” – Ulusal.az-a bu fikirləri hərbi ekspert Ədalət Verdiyev bildirib.
Hərbi ekspert bildirib ki, şəxsən mənə sülh və delimitasiya Ermənistan Bərdə, Tərtər, Göranboy yaxınlığında atəşkəsi pozanda, kəndlərimizi atəşə tutanda lazım idi.

“İndi isə qəhrəman Əsgərimiz əməliyyatlar teatrını Göyçəyə, Qafana, Qarakilsəyə, İstisuya və Basarkeçərə köçürüb. Əgər Ermənistan prosesləri ləngidəcəksə, o zaman İrəvan keçən ilin sentyabr ssenarisinə hazır olmalıdır. Nikola da təklif edirəm ki, beyinsiz Qalçyanın və sülaləsindən olan digər yarımtörədiciləri Qarakilsə istiqamətinə göndərsin.”- deyə Ədalət Verdiyev bildirib.
P.S. Yeni “yarımtörədici” ifadəsi də xalqımıza düşərli, xeyirli və uğurlu olsun!.
Göögle-da “yarımtörədici”ni axtarmayın, daha əvvəl istifadə olunmayıb”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90