image-2000x150
image-1backend

“Azərbaycan əsgəri” adlı yeni mahnı təqdim edilib

image-728x90

“Azərbaycan əsgəri” adlı Vətənpərvər mahnı təqdim edilib.

Mahnının musiqisi və ifası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının hərbi Orkestrinin solisti gizir Anar İlhamlıya, sözləri isə şair Xankişi Bəxtiyara aiddir.

Xatırladaq ki, vokalçı-bəstəkar Anar İlhamlı vətənpərvərlik mövzusunda olan mahnıları ilə bizə tanışdır. O, 44-günlük Vətən müharibəmiz ərəfəsində “Azərbaycan bayrağı”“Zəfər döyüşü”“Vətən üçün doğulduq” kimi mahnılarını izləyicilərə təqdim edib.

Sənətçi eyni zamanda, 2022-ci ildə “Cənab İlham – Cənab Erdoğan “ adlı həmrəylik marşının, 2023- cü ildə isə “Ulu Öndər kimi bir tarixin var” adlı mahnını təqdim edib.

Anar İlhamlının musiqimizə töhfələri bununla da bitmir. 20- ildən çox bir zamanda peşəkar səhnədə fəaliyyət göstərən vokalçı müxtəlif zamanlarda bir çox janrlarda da mükəmməl ifalar təqdim edib. Onun repertuarında bəstəkar mahnıları və romanslar, Xalq mahnıları, eləcədə İtalian Operasından ariyalar üstünlük təşkil edir.

Qeyd edək ki, o, 2010 – cu ildən etibarən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının hərbi Orkestrində çalışır.

Vətənpərvər ifaçıya sənətində uğurlar arzulayır və “Azərbaycan əsgəri” adlı yeni mahnısını sizlərə təqdim edirik.

image-9def4197-cfc0-4e5c-8d26-0e840a08edfbimage-72ca2c8c-9532-4fab-b09a-f1066d37395aimage-cc764aa0-a81e-4cc1-a47e-634a0716af79

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90