image-2000x150
image-5backend

“Azərbaycan ermənilər qarşısında şərt qoyub”- Arzuman Muradlı

image-728x90

“Qarabağda ermənilərin fəallaşması onların sonunu gətirəcək. Bir sözlə Araik Arutunyanın “istefası” Qarabağdakı xaosun qarşısını ala bilməyəcək. ” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edib ki, separatçıların dəyişiklik oyunu təxribatlara rəvac verib.

” Qarabağda separatçıların mütamadi təxribatlara əl atması Azərbaycan tərəfinin alternativ variantlara əl atmasına səbə olacaq. Bu təxribatların qarşısı tam qətiyyətlə alınacaq. Ermənilərin indi bir yolu var: Bakı ilə dialoqa razılaşmaq və Ağdam-Xankəndi yolunun açılmasını təmin etmək. Azərbaycan tərəfi ermənilər qarşısında şərt qoyub. Ermənilər təcili Qarabağdan silahlı separatçıları çıxarmalıdır. Əksa halda Azərbaycan qısa müddətdə anti-terror əməliyyatına başlaya bilər” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90