image-rt-reklam
image-1backend

Azərbaycan düşmənindən acı ETİRAF – Bakıda o da çay içmək istəyirdi…

image-728x90

Doğrudan da qələbənin şəriki çox olur, məğlubiyyət isə adətən yetimdir. İndi bu haqq yolunu çoxdan itirmiş, başına gələn bəlaların, çəkdiyi zillət-zəlalətin əsl səbəbini etiraf eləmək istəməyən nanəcib hay toplumu da.

Amma bəzən o toplumda çaşıb sözün düzünü deyənlər də olur. Bütövlükdə isə erməni cəmiyyətinin məlum dramatik olaylardan sonra islah olduğunu söyləmək təəssüf ki, mümkünsüzdür. Demək ki, bədnam tayfa qonşular üçün potensial təhlükə mənbəyi olaraq qalır…

Hər necə olmasa, dəqiq sözü Ermənistanda yaxınlaşan parlament seçkiləri və referendum deyəcək: bu xalq başına gələnlərdən dərs götürübmü, hansı qüvvənin dalınca gedəcək, yenə müharibə üçün darıxır, yoxsa sülhə təşnədir?

Sözsüz ki, revanşist-qırğıların sözü əgər cəmiyyət üçün yenə mötəbər olacaqsa, onda vay hallarına. Növbəti müsibətə hazırlaşsınlar. Söhbət ən əvvəl marığa yatmış, Rusiyaya bağlı radikal qüvvələrdən və rüsvaycasına siyasi olimpdən salınmmış bir sıra odioz fiqurlardan gedir…

“Ermənistan hakimiyyəti ordunun gücünü özü şişirdib, indi isə məğlubiyyətin günahını ordunun üzərinə yıxmağa çalışır”.

Bu yetərincə sensasion sayıla biləcək sözləri eks-prezident, Xocalı hərbi canisi Serj Sərkisyan yerli mediaya 44 günlük müharibənin təhqiqatını aparan parlament komissiyasının hesabatının arxivə verilməsi haqda qərara münasibət bildirirkən deyib.

Serjikə görə, məqsəd guya hakimiyyətin öz səhvlərini və yanlış hesablamalarını ört-basdır eləməkdir. Sərkisyanın qənaətincə, Paşinyan ordunun döyüş qabiliyyətini şişirtməklə onun qüdrəti barədə illüziya yaradıb.

“Nə mən, nə də müdafiə naziri heç vaxt Ermənistan ordusunun regionun ən güclü ordusu olduğunu iddia etməmişik. 2020-ci ilin yayında Tavuşda (Tovuzla sərhəddə – red.) baş verən kiçik toqquşmalardan sonra indiki rəhbərlik 70-dən çox hərbçini “Döyüş Xaç Ordeni” ilə təltif edib. Heç üç prezident birgə bu qədər mükafat təqdim etməmişdi. Bunlar müzakirə edilməli faktlardır”, – Sərksiyan hazırkı baş nazirin qarasınca donquldanıb…

Yuxarıda yazdıq, məğlubiyyətə yiyə duran həmişə çətin tapılır. İndi Azərbaycan həbsxanalasının çoxdan darıxdığı, uşaq qatili Sərksiyan da. Görəsən işğalçı ordu haqda uzun illər “məğlubedilməzlik” mifini kim yaratmışdı? Nikol Paşinyanmı?

Yox. Bu sərsəm uydurma məhz Köçəryan-Sərkisyan xunta rejiminin zamanına təsadüf edir. Eyni səbəbdən İrəvan Bakı ilə sülh danışıqlarında illərlə konstruktiv deyil, pozucu mövqe tutdu, göylə getdi. Hətta zaman-zaman Azərbaycanı yeni ərazilərin işğalı, “Bakıda çay içəcəkləri” ilə hədələdilər. Paşinyanı ittiham etməyə nə var ki.

Bişəkk, Nikol Paşinyan mələk deyil. O da onların bir tayı, medalın o biri “üzü”. Hər halda biz 44 günlük müharibə zamanı Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi bombalamaq əmri verənin adını unutmamışıq. Bu – “Qarabağ Ermənistandır və nöqtə” deyən (2019), 23 saatlıq antiterror əməliyyatından cəmi 17 gün öncə Qarabağdakı oyuncaq qurumun quldur-separatçı rəhbərlərini qondarma “müstəqillik günü” münasibətilə təbrik edən Paşinyandır.

Amma və lakin 2-ci Qarabağ savaşında acınacaqlı məğlubiyyətə uğrayan axı yalnızca Nikolun yox, həm də Köçəryanın, Serjikin, Ter-Petrosyanın qurduğu və öyündüyü, Rusiyanın himayə elədiyi təcavüzkar ordu idi!..

Əslində hələ 4 günlük aprel döyüşlərində (2016) o vaxt prezident postu tutmuş Sərkisyan hiss eləmişdi ki, Ermənistan Azərbaycan qarşısında uzun müddət duruş gətirə bilməz və işğalçı ordu faktiki “kağız pələng”dən başqa bir şey deyil. Təəssüf ki, bunu etiraf eləməyə nə cəsarəti, nə də siyasi iradəsi çatdı. Çünki o və onun kimi yüz minlərlə erməni tamamən “miatsum” mərəzinə yoluxmuşdu. Bu mərəz onların qanına-iliyinə işləməklə bahəm, gözlərinə tor çəkmiş, gerçəyi görünməz eləmişdi.

Əksinə, həmin bu Serjik sırtıqcasına erməni tərəfinin aprel döyüşlərindən guya qalib çıxdığı haqda dünənədək uzun müddət öz soydaşlarına nağıllar danışdı. Bununla da 44 günlük müharibəni, “Dəmir yumruğu” bir qədər də qaçılmaza çevirdi. “Böyük haqq-hesab günü” yetişdi və erməni toplumunun gözündəki “toru”, “çəhrayı eynəyi” şanlı Azərbaycan Ordusu götürməli oldu…

Zahid SƏFƏROĞLU

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90