image-rt-reklam
image-images-3backend

“Azərbaycan Cənubi Qafqazın açar dövlətidir”- Politoloq

image-728x90

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin 7-ci Zirvə Toplantısında  Kopenhagendə mühüm görüşlər keçirdi.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, Azərbaycan bu gün beynəlxalq siyasi müstəvidə xüsusi nüfuza malikdir. Onun sözlərinə görə, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması Azərbaycanın siyasi çəkisini artırır:
“Azərbaycan artıq Avropaya neft və qazla yanaşı, yaşıl enerji ixracı istiqamətində də iş aparır. Bu isə Avropa ilə münasibətlərimizin daha da genişlənməsinə yol açacaq”.

Politoloq əlavə edib ki, Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh müqaviləsinin paraflanması Avropanın siyasi dairələrində yüksək qiymətləndirilib. İlham Əliyevin Avropa Siyasi Birliyinin 50-yə yaxın dövlət və hökumət başçısının iştirak etdiyi toplantıya dəvət olunması da, əslində, Avropanın Azərbaycana verdiyi dəyərin göstəricisidir:
“Azərbaycan Cənubi Qafqazın açar dövlətidir. Bu regionda heç bir ölkə Azərbaycanın mövqeyini nəzərə almadan özünü sərbəst hiss edə bilməz. Uzun müddət bəzi Avropa dövlətləri, xüsusilə Fransa, Azərbaycana təzyiq göstərməyə cəhd etsələr də buna nail ola bilmədilər. İndi isə anlayırlar ki, sağlam əməkdaşlıq münasibətlərini qurmaq ən düzgün yoldur”.

Arzuman  Muradlı vurğulayıb ki, Prezident İlham Əliyevin Kopenhagendə dövlət və hökumət başçıları ilə apardığı görüşlər həm siyasi, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyır:
“Artıq Avropada da qəbul edirlər ki, Azərbaycan öz müstəqil siyasi xətti ilə Qərbə doğru açılır. Buna görə də Azərbaycana münasibətdə daha diqqətli və pozitiv mövqe sərgiləyirlər”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90