Rusiya mediası yenə təxribatçı informasiya yayıb . Ulusal.az xəbər verir ki, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda razılaşma əldə edildikdən sonra Rusiya mediası davamlı olaraq iki ölkə arasında gərginlik yaratmağa çalışır.
Rusiyanın “Sputnik” informasiya agentliyi və bu agentliyi Ermənistandakı bölməsi guya Azərbaycan Silahlı Qüvvələrinin Cermuk istiqamətində yeni mövqelər tutduğu barədə məlumat yayıb.
“Sputnik Ermənistan”ın iddiasına görə, Azərbaycan hərbçiləri dəqiq koordinatlar açıqlanmadan “neytral zona” kimi təqdim olunan sahədə irəliləyiblər. Ermənistan Müdafiə Nazirliyi isə yayılan xəbərlərə münasibət bildirib. Qurumun cavabında qeyd olunub ki, Rusiya mediasının yaydığı bu məlumat həqiqətə uyğun deyil.
“Sərhəd bölgəsində hər hansı bir dəyişiklik və yaxud gərginlik yoxdur”- Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.