image-2000x150
image-ceyhun66backend

Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır

image-728x90

Milli Məclisin deputatı Ceyhun Məmmədov

Prezident İlham Əliyev tez-tez xarici ölkələrə səfərlər edir və  beynəlxalq əhəmiyyətli müqavilələr bağlanılır. Bu müqavilələrin imzalanması xarici siyasətimizə böyük tövhələr verir.

Bu səfərlərdən biri də aprelin 25-də Bolqarıstan Respublikasına işgüzar səfər oldu. Enerji təhlükəsizliyinin gücləndirilməsi, eləcə də enerji resurslarının daha da şaxələndirilməsi məqsədilə Memorandum imzalandı.

Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Prezident İlham Əliyevin imzalanma mərasimində dediyi kimi, imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Azərbaycan üçün Avropa ölkələrinə daha çox qaz ixrac etmək imkanı yaranacaq.

Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə və cəmiyyət arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirməklə münasibətlərini yüksəltmək məqsədi ilə strateji tərəfdaşlığa daxil olduqlarını bununla bəyan edirlər.

Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Avropanın enerji bazarında Azərbaycan qazına tələbat durmadan artır. Ölkəmiz Avropanın qaz bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.

Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır.

Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımlar atmaqda davam edir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90