image-2000x150
image-1backend

Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır

image-728x90

Bu gün dünyada geosiyasi  dəyişikliklər yaradan  hadisələri izləyirik.Geridə qoyduğumuz pandemiya,  davam edən  Ukrayna –Rusiya  müharibəsi  müasir  dövrün  siyasi və  iqtisadi nizamını  yenidən  formalaşdırır.Belə  bir vəziyyətdə  Azərbaycan  mövcüd  reallığa uyğun  olaraq  beynəlxalq   və dövlətlərarası  münasibətlərdə  Prezident  İlham Əliyevin  rəhbərliyi  ilə uğurlu xarici  siyasət  kursu  həyata  keçirir.Xüsusilə  Vətən  Müharibəsindəki  qələbəmiz, artan  siyasi-iqtisadi  gücümüz,  ölkəmizin  mövqeyini  beynəlxalq birlikdə daha  da  gücləndirib.Təkcə  bu il və ötən il ərzində  keçirilən  müxtəlif formatlı  görüşlər, danışıqlar  korfranslar,  forumlar  və  səfərlər  dediklərimi  təsdiqləyir.

13-14  mart 2023-cü  ildə Prezident  İlham Əliyevin Almaniyaya  işgüzar  səfəri, keçirdiyi  görüşlər, çıxışları, aparılan danışıqlar  Azərbaycanın  Avropa  üçün  vacibliyini  yenidən sübut  etdi.Berlində  çıxışı zamanı  Azərbaycanın  iqtisadi  inkişafı,  enerji sektorundakı, nəqliyyat  sahəsindəki  əməkdaşlıqvə tərəfdaşlıq  vəziyyətini,  siyasətini və prespektivlətini  geniş  şəkildə  diqqətə çatdırdı.Həm də Prezident  İlham Əliyev Vətən  Müharibəsi  ilə ərazilərimizin  azad olunması,  ermənilərin mina  terroru,  Böyük  qayıdış və Qarabağdakı  geniş bərpa  quruculuq  işləri haqqında   fikirlərini  dünya ictimaiyyətinə  bəyan etdi.

İlk olaraq  Azərbaycan Avropanın  enerjiyə olan  tələbatını  təmin edir.Avropada  təbii qaza olan  ehtiyacı qarşılamaqla, onun enerji  təhlükəsizliyinə töhfə verir.Prezident  İlham Əliyev  “ TANAP-ı  32 milyard  kubmetrədək, TAP-ı  isə  20 milyard kubmetrədək  genişləndirməyi  planlaşdırırıq” söyləməsi  enerji  sahəsindəki  gələcəkdə  artan  əməkdaşlıqdan  xəbər verir.10-dan   çox  Avropa  ölkəsinə  qaz  təchizatını   artırılmasını  bura  aid etmək olar. Hazırda  Azərbaycan qazı  Türkiyə,  Gürcüstan, Bolqarıstan, Yunanistan  və  İtaliyaya çatdırılır.Ruminiyaya qaz  təchizatının  başlanması,  Macarıstanla  belə bir  fikrin olması,  Albaniyadan, Çex Respublikasından,   Monteneqrodan, Bosniya  və Hersoqovinadan,  Xorvatiyadansifarişlərin  olmasını  nümunə  gətirmək  olar.

Azərbaycanın  Avropa  ilə  tərəfdaşlığında yaşıl enerji, bərpa olunan  enerji mənbələri  imkanlarını da  xüsusi  qeyd etmək olar.Berlin çıxışı zamanı Prezident  İlham Əliyev Azərbaycanın  külək  və günəş  enerjisi potensialının  200 qiqovata  yaxın  olmasını  söyləməsi  Azərbaycan – Avropa  arasındakı   bu əməkdaşlığı  da  önə çəkir.Yaşıl  enerji  zonası  kimi  Qarabağ  və  Şərqi Zəngəzur, Naxçıvanın    böyük ixrac  potensialı  var.

Ortada   keçən   ilin   dekabrında  Buxarestdə  imzalanmış,  Azərbaycandan  Avropaya  yaşıl  enerjinin  ötürülməsi  üçün  Qara dənizin  dibi  ilə kabelin  çəkilməsi  məqsədilə  Azərbaycan, Gürcüstan, Ruminiya  və Macarıstan  arasındakı saziş var.

BP-nin  Cəbrayılda  günəş  enerjisi stansiyası  tikilməsində  sərmayədar olması, “Masdar”  ilə “ ACWA  POWER” ilə  icra edilən  işləri də nümunə  olaraq göstərmək olar.

Ümumiyyətlə  Avropa  İttifaqının  Azərbaycanla  ötən il  imzaladığı  enerji  təhlükəsizliyi  üzrə strateji  tərəfdaşlığa  dair  anlaşması  ölkəmizi Avropa enerji təhlükəsizliyi   üçün  ən  etibarlı tərəfdaşa çevirib.

Bura  Prezident  İlham Əliyevin  Almaniya  Federativ  Respublikasının  kansleri Olaf  Şoltsla görüşü zamanı  Azərbaycanın  Avropaya  ixrac  etdiyi  qazın  miqdarı bizim   gələcəyimiz  üçün  vacibdir  deməsini   də əlavə edək.

İlyas Əfəndiyev adına 

Elitar gimnaziya tarix müəllimi:    Məmmədov Elsevər

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90