image-2000x150
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Azərbaycan Avropanın enerji təminatçısına çevrilib” -Arzuman Muradlı

image-728x90
Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gedib. Bundan bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyaya işgüzar səfərə dəvət edilmişdi. Qısa müddətdə ərzində Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin Berlinə dəvət olunması Almaniya hökumətinin Cənubi Qafqaza artan marağından, həmçinin Azərbaycanın Avropada enerji təminatçısıa çevrilməsindən  irəli gəlir. Ölkə başçısının Almaniyaya səfərini Ulusal.az-a şərh edən politoloq Arzuman Muradlı hesab edir ki, artıq Azərbaycan qısa zaman kəsiyində Avropanın enerji təminatçısına çevrilib.
“İndi Avropa ölkələri anlayır ki, Azərbaycan siyasi danışıqlarda regionda söz sahibidir. Almaniya Azərbaycanın nerji tərəfdaşı olmasa da, gələcəkdə rəsmi Berlin də Azərbaycan enerjisinin alıcısına çevrilə bilər. Səfər ərəfəsindəki görüşlər də bir daha sübut etdi ki, almaniyalı rəsmilər daha çox enerji resurslarının çatdırılması ilə maraqlanırlar. Artıq hər kəsə bəllidir ki, Azərbaycan həmdə Avropanın mmrağında olan bir ölkəyə çevrilib.” – deyə Arzuman Muradlı bildirib.
 Politoloq hesab edir ki, rəsmi Bakı bu amildən istifadə edərək masada öz sözünü deyə bilir.
“İndi ermənilərin boş hay-küyü deyil, enerji maraqları hər şeyi üstələyir. Avropa ölkələri, eləcə də Almaniya Rusiyadan alınan enerji asılılığını minumuma endirmək üçün yeni tədarükçü axtarışındadır.” -deyə Arzuman Muradlı əlavə edib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90