image-2000x150
image-222backend

“Azərbaycan Avropanın ən yaxşı enerji tərəfdaşıdır” – Millət vəkili

image-728x90

İlham Əliyevin Almaiyaya səfəri bütün Avropanın diqqət mərkəzində idi. Ölkə başçısının Almaniyaya səfəri bir daha göstərdi ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda ən yaxşı tərəfdaş hesab edir.

“Almaniya kansleri Olaf Şoltsun xüsusi dəvəti ilə Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya səfər etdi. Bu faktın özü Almaniyanın Azərbaycanla əməkdaşlıqda nə qədər maraqlı olduğunu bir daha göstərdi”. – Ulusal.az xəbər verir ki, bu fikirləri Real televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.

Millət vəkili bildirib ki, iqtisadiyyat hər zaman siyasətlə yanaşı gedir.

“Bölgəmizdəki real vəziyyət Almaniya kanslerinin diqqətinə çatdırıldı. Ölkə başçısının səfəri nəticəsində Almaniya cəmiyyəti Cənubi Qafqazdakı real vəziyyətlə tanış ola bildilər. Almaniya da bilirlər ki, Azərbaycan Avropanın ən yaxşı enerji tərəfdaşıdır “- deyə millət vəkili əlavə edib.

Daha ətraflı videoda:

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90