image-rt-reklam
image-1backend

Azərbaycan – Avropa əməkdaşlığının İtaliya poliqonu

image-728x90

Cavanşir FEYZİYEV,
fəlsəfə doktoru

Azərbaycan həm ikitərəfli mü­nasibətlər, həm də beynəlxalq təşki­latlar çərçivəsində səmərəli və qar­şılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ölkəmiz digər siyasi subyektlərlə münasibətlərdə etibarlı və nüfuzlu tərəfdaş kimi tanınır və qəbul olunur. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasi­bətlər sistemində fəal rolunu, praq­matik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələ­rin inkişafına böyük önəm verirlər. Məhz ona görə də Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclə­nir, dostlarının və tərəfdaşlarının sayı durmadan artır. 

Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasət kursu çoxvektorlu­dur. Belə ki, müstəqilliyimizin bərpasın­dan keçən 30 ildən çox müddət ərzində respublikamız həm Avropa İttifaqı mə­kanına daxil olan ölkələrlə, həm də geniş İslam dünyasını təmsil edən dövlətlərlə sıx münasibətlər qurub. Bu münasibətlə­ri uzunömürlü edən əsas səbəblərdən biri Azərbaycanın ardıcıl siyasətində ədalət prinsipinə əsaslanması və həmişə qarşılıqlı maraqlardan çıxış etməsidir. Respublika­mız yüksək məsuliyyət nümayiş etdirərək qlobal həmrəyliyə davamlı töhfələr verir ki, bu da beynəlxalq səviyyədə Azərbaycanın və onun liderinin nüfuzunun getdikcə art­masını şərtləndirir.

Avropada və ümumiyyətlə dünya­da siyasi təsir imkanları getdikcə artan və dünyanın 7-ci böyük iqti­sadiyyatına sahib olan İtaliyanın Azərbay­canla əlaqələrinin əhatə dairəsinin geniş­ləndirilməsi Azərbaycanın artan nüfuzunun əyani göstəricisi sayıla bilər. İtaliya Azər­baycanın Avropadakı ən böyük və etibarlı iqtisadi-siyasi tərəfdaşıdır.

Bugünlərdə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Romaya işgüzar səfəri bey­nəlxalq medianın da diqqət mərkəzindədir.

İtaliyanın “Agenzia Nova”, “Giornale Diplomatico”, “Agenpress”, “Il Sole 24 Ore”, “Askanews”, “Italpress”, “il Gior­nale”, “La Presse”, “Agenzia Vista”, “Qu­otidiano Nazionale”, “Tutt Oggi”, “Borsa Italiana” və digər kütləvi informasiya va­sitələrində yayımlanan məqalələrdə Prezi­dent İlham Əliyevin rəsmi dəvətlə İtaliyaya işgüzar səfərindən geniş bəhs edilib. Roma­nın “Quirinale” Sarayında İtaliya Preziden­ti Sercio Mattarella ilə görüşdüyü bildirilib və görüşdə iki ölkə arasında münasibətlə­rin strateji tərəfdaşlıq xarakteri daşıdığı və çoxşaxəli əməkdaşlığı vurğulanıb.

Dövlət başçısının bu səfəri həm re­gional, həm də beynəlxalq münasi­bətlər baxımından mühüm əhəmiy­yətə malikdir. İki ölkə arasındakı yüksək siyasi dialoq hazırkı dövrlə yanaşı, gələcək illərdə də əlaqələrin şaxələnməsinə, bey­nəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir.

Noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un çox əhəmiyyətli tədbir olduğu və İtaliyanın beynəlxalq konfrans­da yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağı İtaliya Prezidenti tərəfin­dən diqqətə çatdırılıb.

Azərbaycanla İtaliya arasında möv­cud olan yüksək səviyyəli siyasi dialoq iki ölkə arasındakı çoxvektorlu münasibətlərin təməlində dayanan əsas amil qismində çıxış edir. “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə imzalanıb və qarşılıqlı münasibətlər də bu bəyanatda ək­sini tapan müddəalar əsasında inkişaf etdi­rilir.

İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə ta­nıyıb, 8 may 1992-ci ildə iki ölkə arasın­da diplomatik əlaqələr qurulub. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbayca­nın İtaliyada səfirliyi açılıb.

Hər iki ölkənin yüksək səviyyəli rəsmilərinin müntəzəm qarşılıqlı səfərləri əlaqələrin dinamikasına öz müsbət təsirini göstərir. Tarixə nəzər sal­saq görərik ki, ulu öndər Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəs­mi səfəri iki dövlət arasında bütün sahələr­də münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Həmin səfər za­manı Heydər Əliyev İtaliya Prezidenti, Baş nazir, Senatın və Deputatlar Palatası­nın sədrləri ilə görüşüb. İtaliya rəhbərləri Heydər Əliyevlə söhbət zamanı Ermənis­tan–Azərbaycan münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər. Heydər Əliyevin İta­liyaya səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaş­lıq üzrə yeddi saziş imzalanıb.

Beləliklə, qarşılıqlı münasibətlər və əlaqələr artan xətt boyunca inkişaf etməyə başlayıb və bundan sonra bir sıra səfərlər həyata keçirilib. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azər­baycana ilk dövlət səfəri də əlaqələrimi­zin inkişafında xüsusi yer tutur. Bu səfər­dən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliya­ya dövlət səfəri baş tutub. Böyük uğurla keçən səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya, ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd im­zalanıb. Romada, həmçinin Azərbaycanın dövlət başçısı və İtaliya Nazirlər Şurasının Sədri “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni imzalayıblar. Dövlətimizin başçısının 2022-ci ilin sentyabrında İtaliya­ya baş tutan işgüzar səfərinin gündəliyi də kifayət qədər geniş olub. Səfər çərçivəsində dövlət başçımızın iştirakı ilə Romada Azər­baycan Respublikasının səfirliyinin yeni binası açılıb, İtaliya–Azərbaycan Univer­siteti üzrə əməkdaşlıq çərçivəsi müəyyən edilib, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akade­mik əməkdaşlığa dair sazişlərin imzalanma mərasimi keçirilib.

Eyni zamanda, dövlətimizin başçı­sı Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak və çıxış edib. Qeyd olunmalıdır ki, İtaliyanın döv­lət və hökumət nümayəndələri, o cümlədən nazir və nazir müavinləri də Azərbaycana mütəmadi olaraq səfərlər həyata keçirirlər. Bu ilin iyununda İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi, həmçinin İtaliya–Azərbay­can Universitetinin faktiki olaraq fəaliyyətə başlaması, bu universitet üçün hazırda yeni müasir bina və təhsil kompleksinin inşa olunması tərəflər arasında əldə olunmuş qarşılıqlı razılaşmaların uğurla həyata keçi­rildiyini bir daha təsdiqləyir.

Azərbaycan və İtaliya iqtisadi sahədə əməkdaşlığı da davamlı şəkildə genişləndi­rirlər. Ölkələrimiz arasında enerji əməkdaş­lığı da yüksək səviyyədədir və nümunəvi olması ilə fərqlənir. Xam neft və neft məh­sullarının ixracında İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın ener­ji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ötən il TAP kəməri vasitəsilə İtali­yaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub ki, bu da Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinə töhfəsinin təzahürü­dür.

Ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazı­nın illik tədarükü azı 20 milyard kubmetrə çatdırılmalıdır. Təbii ki, bu həcmin Avropa­ya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP mühüm rol oynaya­caq. Bütövlükdə, İtaliyada istehlak olunan neftin təxminən 17 faizi respublikamızın payına düşür. Bu ölkənin bütün dünyada tanınan şirkətləri Azərbaycanın moderator­luğu ilə həyata keçirilən enerji layihələri­nin fəal iştirakçılarıdır. Məsələn, İtaliyanın “ENİ” qrupu Azərbaycanın enerji sektoru­na 1995-ci ildən etibarən cəlb olunub. Bu şirkət Bakı-Tbilisi-Ceyhan neft boru kəmə­ri konsorsiumunda 5 faiz paya sahibdir. Sa­ipem, ValvItalia, Renco, Bonatti, Enereco, Max Streicher, Honeywell SRL və s. şirkət­lərə isə Cənub Qaz Dəhlizinin tikintisi üzrə 6 milyard avrodan artıq dəyərə malik təchi­zat və xidmət layihələri həvalə edilib.

Keçən illər ərzində SOCAR ilə İtali­yanın mühəndislik, tikinti və texnologiya­lar sahəsində aparıcı şirkətləri arasında bir sıra iri həcmli müqavilələr imzalanıb. Bu müqavilələrə uyğun olaraq İtaliya şirkətləri Azərbaycanda neft–kimya sahəsində müəs­sisələrin tikilməsi və yenidən qurulması sahəsində layihələndirmə, mühəndislik və tikinti işlərinin yerinə yetirilməsinə cəlb olunub. Layihələrin bir çoxu tamamlanıb, digər layihələr üzrə isə əməkdaşlıq davam etdirilir. Prezident İlham Əliyev bildirib ki, neft-qaz sahəsindəki əməkdaşlığımız təkcə ölkələrimiz üçün deyil, bütün Avropa mə­kanı üçün xüsusi önəm daşıyır.

İtaliyanın Cənubi Qafqaz ölkələri ara­sında əsas ticarət tərəfdaşı Azərbaycandır. Cənubi Qafqaz ölkələri ilə İtaliya arasında ticarət dövriyyəsinin 85 faizini məhz Azər­baycanla ticarət təşkil edir.

İtaliya işgüzar dairələri Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli la­yihələrdə iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir. Ötən il fevralın 13-də Azərbayca­nın müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasi­mində Prezident İlham Əliyev deyib: “Onu da bildirməliyəm ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı­dır. Azad edilmiş torpaqlarda bərpa-yeni­dənqurma işlərində də İtaliya şirkətləri çox fəal iştirak edirlər – dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni, bu, doğrudan da, çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü məra­sim bunu bir daha göstərir”.

Bu ilin mayında İtaliya Senatında təşkil olunan “Azərbaycan – İtali­ya: ikitərəfli əməkdaşlıq və enerji təhlükəsizliyi” mövzusunda forum ölkələ­rarası əməkdaşlıqda müxtəlif istiqamətlərin müzakirəsi baxımından çox əhəmiyyətli oldu.

Humanitar sahədə əməkdaşlıq Azər­baycan – İtaliya münasibətlərinin mühüm bir istiqamətini təşkil edir. 2012-ci ildə Ro­manın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub. Bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçiril­məsi haqqında” Azərbaycan Prezidentinin 2011-ci il 23 dekabr tarixli sərəncamına əsasən ucaldılıb. Həmin sərəncama əsasən, Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.

Mədəni əlaqələrdən danışarkən, HeydərƏliyev Fondunun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro ka­takombalarını da xüsusi qeyd etmək lazım­dır. Bu baxımdan Vatikanda Heydər Əliyev Fondunun bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanıl­ması istiqamətindəki səyləri mədəni dünya tərəfindən çox yüksək qiymətləndirilir.

2020-ci ildə İtaliyada “Azərbaycan Mədəniyyət İli” elan edilməsi ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviy­yəsinin daha bir göstəricisidir. Azərbaycan Dillər Universitetində italyan dili tərcüməsi ixtisası və İtalyan Dili Mərkəzi fəaliyyət göstərir. Təhsil sahəsində iki ölkə arasın­da əldə olunmuş ən əhəmiyyətli nailiyyət kimi Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı Bakıda İtaliya–Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq əldə edilməsini göstərmək mümkündür. İtaliya azərbay­canlı tələbələrin Avropada ali təhsil aldığı əsas ölkələrdən biridir. 2022-ci il aprelin 2-də Bakıda ADA Universitetinin kampu­sunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Bu univer­sitet ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da gücləndirəcək.

Qədim tarixə malik olan Azərbaycan–İtaliya mədəni əlaqələri müstəqillik illərin­də daha da inkişaf edir.

Bu əlaqələrin möhkəmləndirilmə­sində Prezident İlham Əliyevin böyük xidmətləri var. Dövlət baş­çısının İtaliyaya budəfəki səfəri iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və münasibətlərdə yeni səhifə açacaq, gələcək illərdə də İtaliya və Azər­baycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrini qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə xidmət göstərəcək. Beləliklə, iki ölkə arasında qarşılıqlı mü­nasibətlər Avropa və Azərbaycan arasında əməkdaşlığın ən uğurlu nümunəsi kimi öz əhəmiyyətini daha da artıracaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90