Ən səmimi şərhim:
1. Trampın “ilk hara səfər edim” sözünə Əliyev dedi ki, hər iki ölkəyə…
Məhz o sözdən sonra ifadə etdim ki, gəlsin Zəngilana ordan keçsin Naxçıvana. Olsun Zəngəzur dəhlizinin ilk yolçusu.
2. Əliyev üç mühüm açar söz dedi:
A) Ən güclü dünya ölkəsi ABŞ-dır.
B) Ən böyük paytaxt Vaşinqtondur.
C) Qafqaza barışı gətirən məhz Trampdır.
Yəni başqa paytaxt və şəxs deyil, yəni onlar başqa şey gətirdi 300 ildə.
2. Azərbaycan 100 il sonra ilk dəfə sülh müqaviləsi imzaladı – 1921 – ci ildə Can Türkiyə ilə olan Qars müqaviləsindən sonra (yəni ilkin mətn deyək, amma deyək)
3. Azərbaycan tarixdə ilk dəfə Amerika ilə strateji müttəfiq olacaq.
4. İlk dəfə Ermənistanda doğulan şəxslə – Nikol Paşinyanla Azərbaycan müqavilə imzalaya bildi.
Digərləri cəhənnəmdə yanacaq.
4.Qarabağ SSRi_ni dağıdan əsas müharibə idi, yeni dünya nizamını da Qarabağla qurmağa başladı.
İlham Əliyevin “biz qlobal layları tərpətmişik” dediyi məhz bu hadisə idi.
5. Bugünkü razılaşma müasir dünaya nizamının ilk müqaviləsi idi.
6. 300 ildən sonra ilk dəfə Qafqazda sülh müqaviləsi bağlanacaq qədər yaxındır.
7.100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti Versalda ABŞ prezidenti Vilsondan sülh, müstəqillik istəyirdi.
Amma Əliyev bu gün dedi ki, Qafqaza sülhü məhz ABŞ prezidenti gətirdi.
8. Qondarma erməni soyqırımı. Artsax kimi məsələlərin dəfn edildiyi ən qlobal görüş idi.
9. 9 avqust, 9 noyabr və doqquzluq zərbələr.. təqvimimizdə qırmızı – qələbə rəmzləri qara rəngləri üstələyir axı.
10. Birisi qırmızımı dedi?) Aha, İran və Rusiyanın Qafqazdakı strateji məğlubiyyəti də beləcə rəsmiləşdi.
11. Qoy Nobeli Tramp alsın, zatən, cənab Prezidentin bunun üçün, mükafatın mayasında olan Bakı neftinin sahibi kimi addım atmasından təbii nə olacaq ki…
12. Və Əziz Əlibəyli bu sətirləri yazanda Ermənistan ilə 120 km sərhəddi olan Gədəbəy rayonunun ucqar kəndindən şərh edirdi. 30 ildə bu bölgə 100-lərlə şəhid verdi. Ammma….
13. Amma bu gün ( yəni həm də dünən) qalibiyyətlə bitən Başkənd əməliyyatının 33 ili tamam olurdu. Onun müəlliflərinə də eşq olsun.
14. Son 5 ildə ancaq qalibiyyətdən yazıram:
Tamamilə psixologiyam dəyişib: qalibiyyət bizi o qədər məğrur edib ki, dünyanın ən uca boy (no, ucaboy) prezidentlərindən birinə sahib olmaqla elə də düşünürəm ki, zəfərin, qalibiyyətin gücü də elə o nəhəng qədərdir.
14.1.
15 avqust günü Rusiya Prezidenti Amerikaya 10 ildən sonra ilk dəfə səfər edəcək; həqiqətən aalob kimi getmək hər adama qismət olmur da)
15. Bu günü tarixə not edirəm: üstünə daha nəsə paylaşmaq istəmirəm: o bir tarixi bitirdi, digərini isə başlatdı!!!
Əziz Əlibəyli
Politoloq