Azərbaycan telekommunikasiya infrastrukturunu genişləndirmək, ölkəni qlobal mərkəzə çevirmək və geosiyasi mövqeyini daha da möhkəmləndirmək məqsədilə dəyəri təxminən 800 milyon dollar olan iri rabitə peyki almağa hazırlaşır.
Türkiyənin GDH Digital xəbər portalının məlumatına görə, Azərbaycanın müvafiq strukturları bir neçə nüfuzlu şirkətin iştirak etdiyi beynəlxalq tender elan edib.
Proses son mərhələyə yaxınlaşır, dörd iştirakçı final mərhələsinə çatıb: Türkiyənin TUSAŞ (Türk Aerokosmik Sənayesi); İsrailin IAI (İsrael Aerospace Industries); Fransız-İtalyan Thales Alenia Space və Elon Maskın SpaceX.
Tenderin şərtlərinə əsasən, qalib şirkət ən yüksək beynəlxalq standartlara cavab verən, xüsusiyyətlərinə görə İsrailin Dror 1-ə yaxın olan, telekommunikasiya və rabitə sahəsində Azərbaycanın gələcək ehtiyaclarını ödəməyə qadir olan peyki təhvil verməlidir. Bakının məqsədi təkcə iqtisadiyyatı şaxələndirmək deyil, həm də qlobal rabitə bazarında öz mövqeyini möhkəmləndirmək, həmçinin geosiyasi təsir rıçaqları əldə etməkdir.
Hazırda İsrail İAİ tenderin favoriti hesab olunur. Əvvəllər o, Azərbaycanın “Azərkosmos” şirkəti ilə uğurla əməkdaşlıq edib, həmçinin Azərbaycana milyardlarla dollar dəyərində silah, o cümlədən müxtəlif tipli pilotsuz uçuş aparatları tədarük edib.
2023-cü ilin oktyabrında IAI Azərbaycana iki OpSat-500 kəşfiyyat və müşahidə peykinin tədarükü üçün ümumilikdə 120 milyon dollar dəyərində müqavilə imzalayıb. Bu müqavilə çərçivəsində Azərbaycan mütəxəssisləri İsraildə bu cihazları idarə etmək üçün hazırlanır.
Tenderin digər iştirakçısı, artıq qeyd edildiyi kimi, “Thales Alenia Space” şirkətidir, lakin portalın yazdığına görə, Bakı və Paris arasında mürəkkəb münasibətlər şirkətin qalib gəlmək şansını azaldır. Eyni zamanda, mövcud məlumata görə, şirkət İtaliyanın Azərbaycanla sıx tərəfdaşlığı səbəbindən bu geosiyasi maneədən yan keçməyə çalışır.haqqin.az