image-2000x150
image-6backend

Azərbayca Dövlət Pedaqoji Universitetində tədbir keçirildi – FOTOLAR

image-728x90

Azərbayca Dövlət Pedaqoji Universitetində Beynəlxalq Ana Dili günü ilə bağlı tədbir keçirilib. Universitetin  Filologiya fakultəsinin təşkilatçılığı ilə baş tutan  tədbirdə professor və müəllim heyəti ilə yanaşı AMEA, BDU, SDU və digər universitetlərin əməkdaşları və tələbə təşkilatları iştirak ediblər.

Filologiya fakultəsinin dekanı, dosent Könül Həsənova tədbirdə açılış nitqi ilə çıxış edərək doğma dili qorumağın hər bir vətəndaşın mənəvi borcu olduğunu diqqətə çatdırdı. Əlbəttə ki, ali təhsil ocaqları olaraq universitetlər dil biliklərinin aşılamasında böyük rola malik təhsil müəssisiləridir.

Tədbirdə dahi şəxsiyyətlərin ana dili, türk dili haqqında söylədiyi kəlamların səsləndirildiyi videoçarx nümayiş etdirildi. ADPU-nun rektoru, professor Cəfər Cəfərov, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova təbrik çıxışı etdilər.

Ədəbi-bədii formatında musiqi və çıxışlarla bərabər Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynovanın dəstəyi ilə universitetin bakalavriat, hazırlıq kurslarında təhsil alan Rusiyadan, Türkiyədən, Türkmənistandan, Pakistandan olan əcnəbi tələbələrin “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbirdə Azərbaycan dilinə olan sevgilərini bu dildə müxtəlif şeirlərlə səsləndirdilər.

Tədbirin sonunda ADPU-nun rektoru, professor Cəfər Cəfərov olkənin elm və təhsilində xidmətləri olan bir qrup alim və ziyalıya “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” yubiley medalını təqdim etdi.

Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

image-2  image-3 image-5 image-6 image-7 image-4 image-8

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90