Hazırda Milli Məclisdə “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirə olunur. Müzakirə zamanı bir neçə deputat pensiya yaşının aşağı salınmasını təklif edirlər. Azərbacanda pensiya yaşı aşağı endirilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, bu gün bizə verilən ən çox verilən suallar pensiya yaşı aşağı enəcəkmi? və “uşaq pulu” adlı sosial müavinət yenidən bərpa ediləcəkmi?:
“Bu gün əhalimizin sosial müdafiəsinin gücləndirilməsi dövlət tərəfindən aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illər Azərbaycanda vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı olaraq müxtəlif tədbirlər həyata keçirilməkdədir. Belə ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin və əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmaqdadır. Bilirsiniz ki, 2023-cü ilin ən önəmli hadisələrindən biri də maaş, pensiya və müavinətlərinin davamlı olaraq artırılması oldu. Bu ilin fevralın 1-dən də əmək pensiyasının minimum həddi 240 manatdan 280 manata çatdırılıb”.
Deputat vuğulayıb son 5 ildə dövlətimiz tərəfindən aparılan sosial islahatlar nəticəsində ölkəmizdə sosial ödənişlərdə ciddi artımlar müşahidə olunur:
“Ən önəmlisi isə bu illər ərzində minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Növbəti illərdə də bu artımlar davam etdiriləcək. Qaldı ki, pensiya yaşının azadılması hazırda bu məsələ Milli Məclsdə müzakirə olunmur. Düzdür, bir neçə dəfə deputat həmkarlarım plenar və komitə iclaslarında pensiya yaşının azadılması təklifi ilə çıxış ediblər.Hətta “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı da bu məsələ qaldırılmışdı. Müzakirələrdə iştirak edən dövlət nümayəndələri hazırda pensiya yaşının aşağı salınması məsələsinin müzakirə olunmadığını qeyd ediblər. Növbəti illərdə bu məsələ Milli Məclisdə yenidən müzakirə oluna bilər”.