VI çağırış Milli Məclisin deputatı Azay Quliyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olacaq.
Ulusal.az xəbər verir ki, bu barədə onun özü Musavat.com-a məlumat verib.
Məlumata görə, seçicilərin təşəbbüs qrupu tərəfindən Milli Məclisin 6-cı çağırış deputatı Azay Quliyevin namizədliyinin 8 saylı Binəqədi birinci seçki dairəsindən irəli sürülməsi haqqında qərar qəbul olunub.
Bildirilib ki, sənədlər bu gün DSK-ya təqdim olunacaq.