image-rt-reklam
image-1backend

AZAL-ın TƏYYARƏSİNİ BU ŞƏXS VURUB – Rusiyanın cinayətkar hərbçisinin fotosu yayıldı + FOTO

image-728x90

2024-cü ilin dekabrında Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı sensasion məlumat yayılıb.

Ulusal.az xəbər verir ki, “Minval Politika” resursu  Rusiyanın 14-cü Hava və Hava Hücumundan Müdafiə Ordusunun 80-ci zenit-raket alayında xidmət edən hərbi qulluqçunun şəklini əldə edib və onun adını ifşa edib.

Məlumata görə, təyyarəyə atəş açan döyüş ekipajına Dmitri Sergeyeviç Paladiçuk rəhbərlik edib. O, “Pantsir-S” zenit-raket-artilleriya kompleksinin 274 saylı döyüş maşınının baş hesablayıcısıdır. Paladiçuk 14-cü ordunun mobil ehtiyat qüvvələrinə daxil olan 80-ci zenit-raket alayının 1-ci divizionunda xidmət edir (hərbi hissə №75564).

“Minval Politika”nın məlumatına əsasən, məhz onun idarə etdiyi ekipaj 25 dekabr 2024-cü il tarixində AZAL təyyarəsinə ölümcül zərbə endirib.

Hadisədən artıq 7 aydan çox vaxt keçsə də, bu günədək nə Rusiya tərəfi məsuliyyəti boynuna alıb, nə də təyyarənin vurulmasında birbaşa iştirak etmiş hər hansı hərbçi cəzalandırılıb. Bu isə Azərbaycanın ictimai rəyində ciddi hiddət doğurur.

photo_2025-07-21_12-59-08-786x786.jpg (609 KB)

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə verdiyi açıqlamada bu hadisə ilə bağlı Rusiyaya qarşı beynəlxalq məhkəmələrdə iddiaların hazırlanmaqda olduğunu bəyan etmişdi.

Rusiyanın bu ağır cinayəti ört-basdır etməyə çalışdığı bir vaxtda Paladiçukun şəxsiyyətinin ifşa olunması, məsələnin yenidən beynəlxalq gündəmə daşınmasına və hüquqi təzyiqlərin artmasına səbəb ola bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90