image-2000x150
image-azadliq-v-demokratiya-ist-yi-terrora-d-st-kl-olmur_1backend

Azadlıq və demokratiya istəyi terrora dəstəklə olmur

image-728x90

Bir neçə gündür, Demirtaşın Azərbaycanda təbliğatı ilk baxışdan anlaşılmaz və məntiqsiz görünsə də, əslində ciddi bir siqnaldır.

Bəli, biz də Türkiyədə bütün siyasi qüvvələrlə əməkdaşlığın tərəfdarıyıq. Hər siyasi partiyanın kifayət qədər tərəfdaşı və potensial seçici kontingenti mövcuddur. Türk insanına və onun seçiminə hörmət etmək əlbəttə, vacibdir.

Biz dəfələrlə demişik ki, Türkiyədə bütün siyasi partiyalarla münasibət saxlayırıq və gələcəkdə də bu xətti davam etdirəcəyik. Lakin siyasi partiya və onun liderinin Türkiyənin ərazi bütövlüyünə, prinsipal dəyərlərinə sadəqətli olması bizim üçün əsas şərtdir. Demirtaş və bir sıra siyasi şəxslərin fəaliyyəti təəssüf ki, Türkiyə dövlətinin maraqlarına ziddir, bizim üçün qəbuledilməzdir.

Yaxşı, bu gün Demirtaş sevgisinin parıldaması və Azərbaycan kimi çoxmillətli, tolerant dövlətdə beynəlmiləl qəhrəman kimi göstərmək nə işə yarayırr? Məqsəd nədir?

Məqsəd Ərdoğan hakimiyyətinə müxalif qüvvəni müdafiə etməksə, məncə, Demirtaş uğursuz fiqurdur. Qəhrəman mücadilə lazım olanda mübarizə aparmaqdır. Hüzur və barışı əngəlləyən isə qəhrəman ola bilməz. Türkiyədə yaşayan bütün xalqların barış və hüzur içində yaşaması, həm də bölgədə və necə deyərlər, bütün coğrafiyada əmin-amanlığın olması deməkdir. Bu gün Türkiyə kürdlərin də, türklərin də, hətta suriyalıların yaşadığı bölgələrdə baş vermis təbii fəlakətlə əlaqədar çox ağır günlər yaşayır. Türkiyənin həm iqtidarı, həm müxalifəti fərq qoymadan bütün bölgələri gəzir. Yardımlar edənlər də, yardım olunan bölgələr də “Tək ürək” olub.

Təbii ki, Türkiyədə çoxsaylı iqtisadi, sosial və siyasi problem mövcuddur, şübhəhiz bunlar çözülməlidir. Ancaq etnik zəmində problem yoxdur, süni şəkildə yaradılmağa çalışılır.

Bir örnək deyim: Türkiyənin güney-şərqində terrorun niyə o qədər vüsət alması, Qara Dəniz bölgəsində niyə etnik zəmində iğtişaşlara heç yol verilmədiyi haqda düşündünüzmü? Bütün iğtişaşların zəminində iqtisadi və sosial problemlər, cahillik dururdu. O bölgələr iqtisadi cəhətdən inkişaf etdikcə, məktəb və universitetlər açıldıqca terror adlı vəhşət də əriyib yox olur. Dəmirtaş illər öncə terrordan uzaq siyasi xadim kimi bir ümid işığı yandırdı. Lakin sonralar o da Türkiyənin unitar dövlət prinsiplərinə zidd fəaliyyətə başladı. Düşünürəm ki, bu, bizim üçün və bölgədə barışı, millətlər arasında hüzurlu yaşamı istəyən hər kəs üçün qırmızı xətdir. Bu gün ya Dəmirtaş olsun, ya digəri, Türkiyədə ya başqa bir ölkədə kiminsə qanunsuz həbs olunmasının tərəfdarı deyilik. Lakin Dəmirtaş Türkiyənin təməl prinsiplərinə hörmətlə yanaşmalı və fəaliyyət göstərməlidir, o cümlədən hər kəs. Azadlıq və demokratiya istəyi terrora dəstəklə olmur.

Yaşasın, bütün xalqların hüzurla yaşaya bildiyi Türkiyə!

Aqil Dadaşzadə

Azərbaycan Yüksəliş Partiyası İcra Aparatının rəhbəri

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90