image-rt-reklam
image-1backend

Azadlığa buraxılan iş adamı yenidən həbs edilib

image-728x90

Ötən ilin iyun ayında azadlığa buraxılan Şəmkir rayonunda yerləşən “Qala” ailəvi istirahət mərkəzinin rəhbəri Tural Allahverdi oğlu Zeynalov 3 ay sonra prokurorun protesti əsasında həbs edilib.

Bu barədə “Unikal”a Tural Zeynalovun atası məlumat verib:

“Oğlum 2023-cü ilin iyun ayında Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılsa da, sentyabr ayında Bakı Apellyasiya Məhkəməsi tərəfindən yenidən həbs edilib və 14 saylı cəzaçəkmə müəssisəsinə göndərilib. Martın 18-də cəza müddəti tam bitir”.

Qeyd edək ki, Tural Zeynalov apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verib və yanvar ayının 25-də Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə məhkəmə prosesi keçiriləcək.

Xatırladaq ki, Tural Zeynalov 2021-ci il iyul ayının 23-də Şəmkir rayonunda sahibi olduğu “Qala” restoranında polisə müqavimət göstərdiyi üçün həbs edilib və Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Tural Zeynalov 2020-ci ildə 99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90