2023-24-cü tədris ilində işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 780 şağird, 94 müəllim olmaqla 6 ümumi təhsil müəssisəsi fəaliyyət göstərəcək.
Ulusal.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmirullayev 2023-24-cü tədris ili üçün keçirilən brifinqdə deyib. Nazir qeyd edib ki, tədris ili üzrə 300 min işçi heyəti, 2,1 milyon təhsilalan var:
“Zəngilan rayonu Ağalı kənd tam orta məktəbin 11 sinif, 120 şağird, 15 müəllim (Zəngilan rayon Ağalı kənd uşaq bağçası – 1 qrup), Tərtər rayonu Talış kənd tam orta məktəbi -7 sinif, 19 şağird, 8 müəllim (Talışkənd uşaq bağçası – 1 qrup), Füzuli şəhəri 1 nömrəli tam orta məktəbi – 11 sinif , 104 şağird, 15 müəllim, Laçın şəhər 2 nömrəli tam orta məktəbi – 11 sinif, 137 şağird, 16 müəllim, Laçın rayonu Zabux kənd tam orta məktəbi – 11 sinif, 51 şağird, 15 müəllim və Şuşa şəhər 1 nömrəli tam orta məktəbi – 12 sinif, 349 şagird, 25 müəllim qeydiyyatdır”.