image-rt-reklam
image-1backend

Aybəniz İsmayılovanın ADY-dəki qohumları – SİYAHI

image-728x90

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsindən nöqsanlara görə azad edilən Aybəniz Rafik qızı İsmayılovanın ADY-də hələ də çalışan ona yaxın olanların və qohumlarının siyahısı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu şəxslər qurumda yüksək vəzifə tuturlar.

Siyahını təqdim edirik:

1. Ceyhun Nağıyev – QSC-nin İnsan resursları departamentinin müdiri (əvvəllər “OBA” marketlər şəbəkəsində çalışıb),

2. Azər Fərəcov – Sərnişindaşıma departamentinin müdiri (“Atasığorta” ASC-də çalışıb, daha sonra kənarlaşdırılıb),

3. Emil İsmayılov – Sərnişindaşıma xidmətinin rəisi (Sığorta şirkətlərinin birində çalışıb),

4. Fərəh Mirili – PR Departmentinin baş mütəxəssisi, satınalma və tədbirlərin təşkilinə cavabdeh şəxs (Aybəniz İsmayılovanın nöqsanları əsasən F.Mirilinin sorğu-sual edilməsi əsasında üzə çıxıb),

5. Anar İmanverdiyev – Rəqəmsallaşma departamentinin müdir müavini (Ceyhun Nağıyevin kirvəsidir),

6. Nigar İzmayılova – Cüdo Federsiyasında sponsorluq layihələri üzrə müşavir.

Qeyd: Hazırda A.İsmayılovanın vəzifədə olduğu dövr üzrə yoxlamaların aparıldığı bildirilir.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90