ABŞ axmaqların idarə etdiyi ölkəyə çevrilib.
Bu sözləri Respublikaçılar Partiyasından prezidentliyə namizəd, ABŞ-ın keçmiş lideri Donald Tramp jurnalist Taker Karlsona müsahibəsində deyib.
“Biz axmaqlar ölkəsinə çevrilmişik, axmaqlar tərəfindən idarə olunuruq”, – Tramp deyib.
ABŞ-ın keçmiş prezidenti əlavə edib ki, amerikalılar “axmaqlar ölkəsi olmaqdan yorulublar”. Tramp həmçinin ABŞ-ın hazırkı prezidenti Co Baydeni “axmaq əclaf” adlandırıb.
Müsahibə zamanı prezidentliyə namizəd onu “Rusiyanın dostu” hesab edənləri də xəstə adlandırıb.