image-rt-reklam
image-1backend

Axios: ABŞ İsrailin bu əraziləri işğal etməsinə mane olmayacaq

image-728x90

Donald Tramp administrasiyası, İsrailin Yəhudeya və Samariyanın müəyyən hissələrini ilhaq etməsinə faktiki olaraq mane olmayacağını bildirib.Ulusal.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Nəşrin xəbərinə görə, ABŞ dövlət katibi Marko Rubio qapalı görüşlərdə ilhaqın əleyhinə olmadığını və Ağ Evin bu addımı əngəlləməyəcəyini açıq şəkildə ifadə edib. Bu, Trampın əvvəlki prezidentliyi dövründəki yanaşmadan fərqlənir: o, ilk müddətində İsrailin oxşar ilhaq planlarını iki dəfə bloklamışdı. Lakin hazırda Tramp bu məsələ ilə bağlı rəsmi mövqe ortaya qoymayıb.

Bununla belə, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff, “ilhaqın Qəzza müharibəsindən sonrakı regional əməkdaşlıq səylərinə zərbə vuracağını” bildirib. O, xüsusilə Səudiyyə Ərəbistanı ilə İsrail arasında mümkün sülh sazişinin təhlükə altına düşəcəyini vurğulayıb.

İsrail baş naziri Benyamin Netanyahu hazırda ilhaqla bağlı bir neçə daxili müzakirə aparır, lakin hələlik konkret qərar qəbul edilməyib.

Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rəsmiləri həm özəl danışıqlarda, həm də açıq şəkildə Yəhudeya və Samariyanın ilhaqını “qırmızı xətt” adlandırıblar. BƏƏ-nin yüksək vəzifəli rəsmisi Axios-a bildirib:

“Əgər bu planlar həyata keçərsə, bu, BƏƏ-İsrail münasibətlərinə ciddi zərbə vuracaq və regional inteqrasiya ideyasını faktiki olaraq məhv edəcək. İsrail bu gün seçim qarşısındadır: ilhaq, yoxsa inteqrasiya.”

İki müxtəlif mənbə qeyd edib ki, BƏƏ rəsmiləri son iki həftə ərzində Ağ Ev və Netanyahu hökuməti ilə əlaqə saxlayaraq, ilhaq planlarının doğura biləcəyi nəticələr barədə xəbərdarlıq ediblər.

BƏƏ rəsmisi həmçinin ilhaqın “iki dövlətli həll üçün ölüm çanağı” olacağını bildirib və İsrailin “Fələstin dövlətinin beynəlxalq tanınması dalğasına qisas olaraq bu addımı atması” fikrini “ağılsızlıq” adlandırıb.

Bu arada, məlumatlara görə, Marko Rubio yaxın günlərdə bölgəyə səfər edəcək və Şərqi Qüdsdə, Əl-Əqsa məscidinin yaxınlığında keçiriləcək tədbirdə iştirak edəcək. Tədbirin İsrail köçkünləri ilə bağlı olduğu bildirilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90