image-rt-reklam
image-1backend

Avtomobillər şənbə və bazar şəhərin mərkəzinə buraxılmayacaq

image-728x90

Bu həftədən başlayaraq şənbə və bazar günləri avtomobillərin şəhərin mərkəzi küçələrinə girişinə qadağa qoyulur. Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, “Molokan bağı”, Musiqili Komediya Teatrı, Azərbaycan Tarixi Muzeyi, Fransa səfirliyi, Köhnə univermaq və digər ərazilərə giriş Bakının bu hissəsində sahibləri yaşamayan və işləməyən avtomobillər üçün tamamilə qadağan ediləcək.
Qadağa paytaxtın bu hissəsində yerləşən akademik Zərifə Əliyeva, Əbdülkərim Əlizadə, Rəsul Rza, Xaqani, Mərdanov qardaşları, Tərlan Əliyarbəyov, Hacı Zeynalabdin Tağıyev və Yusif Məmmədəliyev küçələrinin hissələrinə şamil ediləcək.

Şənbə və bazar günləri Bakının bu ərazisi məhdud sayda avtomobil sahibləri üçün istisna olmaqla, piyada zonası olacaq.

Xatırladaq ki, bundan əvvəl Yerüstü Nəqliyyat Agentliyi Bakıda avtobus və velosiped yolları ayırıb ki, başqa nəqliyyat vasitələrilə onların üzərində hərəkət etmək qadağandır. Yeni qaydalar sürücülərin əksəriyyətinin narazılığına səbəb olub. Onlar hesab edirlər ki, qadağa zolaqları sıx şəhər yollarının buraxılış qabiliyyətini pisləşdirir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90