image-rt-reklam
image-1backend

Avtomobil partladıldı, Rusiya ordusunun generalı belə öldürüldü 

image-728x90

Moskva vilayətinin Balaşixa şəhərində “Volkswagen Golf” markalı avtomobil partlayıb.

Ulusal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının generalı Yaroslav Moskalik həlak olub.

Partlayış aprelin 25-də yerli vaxtla saat 10:40 radələrində Nesterov bulvarında baş verib. Partlayış dalğası yoldan keçən generalı bir neçə metr kənara atıb.

Partladılan avtomobil generala məxsus olmayıb. Kanalın məlumatına görə, əldəqayırma partlayıcı qurğu diametri təxminən altı millimetr olan qəlpələrlə doldurulub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90