Hava şəraitinin isti keçməsi və sərnişin rahatlığının təmin olunması məqsədilə avtobuslarda kondisionerlərin iyun ayının 2-dən etibarən mərhələli şəkildə aktivləşdiriləcəyi deyilsə də, AzTV-nin “Günə davam” verilişində təqdim olunan süjetdə “BakuBus” sürücüsü müsahibə zamanı bu barədə təlimatın iyun ayının 15-dən icra olunacağını bildirib.
Əhalidən alınan sorğu zamanı narazılığın artdığının və bu problemin onların səhhətində problem yaratdığının şahidi olduq.