image-rt-reklam
image-1backend

Avropanın ən böyük atom elektrik stansiyasıda yanğın baş verib

image-728x90

Rusiyanın ilhaq etdiyi Zaporojya Atom Elektrik Stansiyasında (NGS) yanğın baş verib.
Ulusal.az xəbər verir ki, Rusiyanın Atom Enerji Təşkilatı ”Rosatom” AES-in soyutma sistemindəki yanğının nəzarət altına alındığını açıqlayıb.
”Rosatom”un Rusiya xəbər agentliklərinə verdiyi açıqlamada Zaporojya AES-in soyutma sistemindəki yanğının Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində baş verdiyi bildirilib.

Açıqlamada stansiyanın soyutma sisteminə ciddi ziyan vuran hücum nəticəsində baş verən yanğının nəzarət altına alındığı vurğulanaraq “Bu hadisə Ukrayna rəsmilərinin törətdiyi nüvə terroru kimi qiymətlənilə bilər” ifadələrinə yer verilib.

Zaporojya vilayətinin qondarma qubernatoru Yevgeni Balitskiy də yaydığı bəyanatda yanğının nəzarət altına alındığını və bölgə üçün heç bir təhlükənin olmadığını bildirib.

Y. Balitskiy daha əvvəl verdiyi bəyanatda Ukrayna ordusunun həyata keçirdiyi hücum nəticəsində Zaporojya AES-in soyutma sistemində yanğın baş verdiyini bildirmişdi.

Ukrayna prezidenti Volodimir Zelenski isə hücumun Rusiya tərəfindən törədildiyini deyib.

Rəsmi ”X” internet səhifəsində paylaşım edən Volodimir Zelenski deyib: “Rus işğalçıları Zaporojya AES-in yerləşdiyi bölgədə yanğın törətdi”.

Radiasiya səviyyəsinin ilkin məlumatlara görə, normal olduğunu deyən Volodimir Zelenski bunun eyni şəkildə davam edə bilməyəcəyini bildirib.

Ukrayna lideri bəyan edib ki, Rusiya atom elektrik stansiyasını ələ keçirdiyi ilk gündən bəri Ukraynanı, Avropanı və dünyanı şantaj edir.

Dünyanın və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hərəkətə keçməsini gözlədiyini vurğulayan Volodimir Zelenski deyib:

“Rusiya buna görə məsuliyyət daşımalıdır. Yalnız Ukraynanın Zaporojya Atom Elektrik Stansiyasına nəzarəti normal vəziyyətə qayıtmağa və tam təhlükəsizliyə zəmanət verə bilər”.

Beynəlxalq Atom Enerjisi Agentliyinin ”X” səhifəsində mövzu ilə bağlı edilən paylaşımda bu ifadələrə yer verilib:

“Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri dünən axşam saatlarında eşidilən çoxsaylı partlayışlardan sonra Zaporojya Atom Elektrik Stansiyasının şimal hissəsindən tünd tüstünün yüksəldiyinin şahidi olublar. Komandaya soyutma qüllələrindən birinə pilotsuz uçuş aparatı ilə hücum edildiyi ilə bağlı məlumat verilib”.

Qeyd edək ki,Ukraynanın cənub-şərqində yerləşən Zaporojya Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır. Rusiya 2022-ci ilin mart ayında atom elektrik stansiyasını ələ keçirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90