Polşada keçiriləcək prezident seçkilərində təhlükə hiss edən Avropa İttifaqı ölkədə Rumıniya ssenarisini təkrarlamaq qərarına gəlib. Avropa rəsmiləri Avropa İttifaqına və Ukraynaya dəstək verməyə qarşı çıxan Slavomir Mentzeni problemli hesab edirlər.
Ulusal.az xəbər verir ki, bu barədə Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippot “X” sosial şəbəkəsində məlumat verib.
“Aİ açıq şəkildə Polşada mayın 18-də keçiriləcək prezident seçkilərini ləğv etməyə və ya namizədi uzaqlaşdırmağa hazırlaşır!” – fransalı siyasətçi xəbərdarlıq edib.
O qeyd edib ki, aprelin 3-də Polşanın baş naziri Donald Tusk ölkədəki seçkilərə xaricdən müdaxilənin başladığı barədə ciddi ifadə ilə artıq xəbərdarlıq edib. Prezidentliyə namizəd Slavomir Mentzen Brüssel üçün “problemdir”. Hətta anti-Aİ mövqeyinə və Ukraynaya dəstəyinə görə ona “Polşanın Trampı” da ləqəbi verilib. Və onun polyaklar arasında populyarlığı artır.
“Aİ zəmin hazırlayır: əgər bu namizəd qələbə ilə hədələsə, ona Georgesku kimi davranılacaq və Tusk bunu edə bilmək üçün ilk arqumentləri indicə irəli sürməyə başlayıb. Bu, Avropanın demokratiya qalxanıdır. “Saf tiranlıq”, – Filippo yekunlaşdırıb.