image-rt-reklam
image-1backend

Avropa şirkətləri 760 min işçi axtarır: Yüksək maaş, ev, pivə və…

image-728x90

Ulusal.az xəbər verir ki, Avropanın ən iri müdafiə sənayesi şirkətləri gənc mütəxəssisləri cəlb etmək üçün qeyri-adi üsullardan istifadə edirlər. Bloomberg agentliyinin məlumatına görə, bu tendensiya, sənayenin artan sifarişlər fonunda “yenidən brendinq” prosesi kimi qiymətləndirilir.

“Bu sahə əvvəllər bu qədər cəlbedici deyildi və ən yaxşı istedadlar uğrunda rəqabət aparmağa alışmamışdı. İndi isə onlar imiclərini yaxşılaşdırmalı və gənclər üçün daha cəlbedici olmalıdırlar”, – deyə Dublin Şəhər Universitetinin beynəlxalq təhlükəsizlik professoru Kristian Kaunert bildirib.

Şirkətlər, yoga dərsləri, dil kursları, valideyn dəstək proqramları və yüksək maaşlar təklif edirlər. Avropa müdafiə və aerokosmik sahəsində orta maaş artıq regionun orta səviyyəsindən 43% yüksəkdir və təxminən 59 min avro təşkil edir.

Ukraynadakı müharibə və NATO ölkələrinin müdafiə büdcələrinin artması nəticəsində sifarişlərin artması, minlərlə yeni işçi tələb edir. Kearney konsaltinq şirkətinin qiymətləndirmələrinə görə, 2030-cu ilə qədər Avropada yalnız 760 min yeni mütəxəssisə ehtiyac olacaq. Bunun üçün şirkətlər, avtomobil sənayesindən işçiləri öz tərəflərinə çəkmək və digər peşə sahiblərini — məsələn, aşpazları və işçiləri — qaynaqçılar, mexaniklər və istehsal əməliyyatçıları kimi təlimləndirirlər.

Bununla yanaşı, sahənin imic problemi hələ də qalmaqdadır: bəzi gənclər üçün silah sənayesində işləmək etik baxımdan mübahisəli görünür. Universitet kampuslarında rekruting tədbirlərinə qarşı keçirilən etirazların fonunda, şirkətlər öz imiclərini müasirləşdirməyə çalışırlar. Məsələn, Almaniyanın Rheinmetall AG şirkəti iş axtaranlara şirkət loqosu və “Həmişə və hər yerdə təhlükəsizlik vacibdir” şüarı ilə prezervativlər paylayır. Bundan əlavə, şirkət Borussiya Dortmund futbol klubuna sponsorluq edərək, gənc işçiləri cəlb etməyi hədəfləyir. Bloomberg-in məlumatına görə, Rheinmetall 2027-ci ilə qədər işçi heyətini 9 min nəfər artırmağı planlaşdırır, bunlar arasında zavod operatorları, qaynaqçılar və təyyarə mexanikləri olacaq. Şirkət işçilərə ev, həmçinin pivə verməyi vəd edir.

Yunanıstanın Theon International Plc şirkəti isə işçilərə yoga dərsləri, dil kursları və valideynlər üçün dəstək təklif edir. Avstriyanın Steyr Motors AG şirkəti isə texniki məktəblər və universitetlərlə əməkdaşlıq etməyə üstünlük verir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90