Böyük Britaniyanın nüfuzlu “Give Me Sport” portalı Avropa Çempionatları tarixinin ən yaxşı futbolçularının reytinqini dərc edib.
Publika.az xəbər verir ki, siyahıda birinci yeri turnir tarixinin ən yaxşı bombardiri olan əfsanəvi portuqaliyalı Kriştiano Ronaldo tutur. O, eyni zamanda Avro 2016-nın da qalibidir.
Reytinqdə ikinci və üçüncü yerləri “Qızıl top”un sahibi, Avro-2000-nin qalibi Zinəddin Zidan və ikiqat Avropa çempionu Andres İnyesta tutur.
Turnin üçqat medalçısı Mişel Platini dördüncü, ispaniyalı Xavi isə 5-ci yerdədir.
Avropa çempionatları tarixinin ən yaxşı 11 futbolçusu:
1. Kristiano Ronaldo (Portuqaliya)
2. Zinəddin Zidan (Fransa)
3. Andres İnyesta (İspaniya
4. Mişel Platini (Fransa)
5. Xavi (İspaniya)
6. Marko van Basten (Niderland)
7. Fernando Torres (İspaniya)
8. Rayner Bonhof (Almaniya)
9. Canluici Buffon (İtaliya)
10. Antuan Qrizmann (Fransa)
11. Frans Bekenbauer (Almanuya)