image-rt-reklam
image-7backend

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb

image-728x90

Azərbaycanın daha bir cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Ulusal.az-ın məlumatına görə, Vüsal Qələndərzadə (73 kq) finalda bolqarıstanlı rəqibi Dimitar Qospodinovu məğlub edib.

Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.

Azərbaycanın daha iki gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Bunlar Vüsal Qələndərzadə (73 kq) və Süleyman Şükürovdur (81 kq).

Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90