image-rt-reklam
image-f38f3d98-edfb-31c9-9ae6-ec595ff5c416_850backend

Avroliqanın püşkü atılır: “Qarabağ” 2-ci səbətdə

image-728x90

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Ulusal.az xəbər verir ki, Monako şəhərində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Qrup mərhələsində 32 komanda mübarizə aparacaq. Onlar hər birində 4 klub olmaqla 8 qrupa bölünəcəklər. Qrupda eyni ölkələrin komandası bir-birinə rəqib ola bilməyəcəklər.

Artıq qrupların səbətləri məlumdur. Azərbaycan təmsilçisi “Qarabağ” ötən il olduğu kimi bu dəfə
də 2-ci səbətdə yer alıb. Bu o deməkdir ki, Ağdam təmsilçisi həmin səbətdə yer alan komandaların heç biri ilə qrupda qarşılaşmayacaq.

Səbətlərin tərkibi:

1-ci səbət: “Vest Hem” (İngiltərə), “Liverpul”(İngiltərə), “Roma” (İtaliya), “Ayaks” (Niderland), “Vilyarreal”(İspaniya), “Bayer” (Almaniya), “Atalanta” (İtaliya), “Reyncers” (Şotlandiya)

2-ci səbət: “Sportinq” (Portuqaliya), “Slaviya” (Çexiya), “Renn” (Fransa), “Olimpiakos” (Yunanıstan), “Betis” (İspaniya), “Lask” (Avstriya), “Marsel” (Fransa), “Qarabağ” (Azərbaycan)

3-cü səbət: “Mölde” (Norveç), “Brayton” (İngiltərə), “Şerif” (Moldova), “Yunion” (Belçika), “Frayburq” (Almaniya), “Sparta” (Çexiya), “Makkabi” (Hayfa, İsrail), “Şturm” (Avstriya)

4-cü səbət: “Tuluza” (Fransa), AEK (Yunanıstan), “Baçka Topola” (Serbiya), “Servett” (İsveçrə), “Panatinaikos” (Yunanıstan), “Rakov” (Polşa), “Aris” (Kipr), “Hekken” (İsveç).

Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək, dekabrın 14-də isə yekun vurulacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90