image-2000x150
image-1backend

Avro-2024-də bütün qrupların tərkibi müəyyənləşdi – YEKUN SİYAHI

image-728x90

Avro-2024-ün pley-off mərhələsinin finalından sonra turnirin bütün iştirakçıları dəqiqləşib.

Ulusal.az xəbər verir ki, turnirin seçmə mərhələdən müəyyənləşən və ev sahibi Almaniyadan ibarət 21 iştirakçı sırasında daha üçü əlavə olunub. Bu, Millətlər Liqasının pley-off yolunda baş tutan oyunlarından sonra reallaşıb.

Gürcüstan və Polşa penaltilər seriyasında müvafiq olaraq Yunanıstan və Uelsi məğlub edərək bu uğura nail olub. Ukrayna isə İslandiyanı 2:1 hesabı ilə üstləyərək qitə çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu: Polşa, Niderland, Avstriya, Fransa

E qrupu: Belçika, Slovakiya, Rumıniya, Ukrayna

F qrupu: Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90