image-rt-reklam
image-1backend

AVRO 2024: A VƏ B QRUPLARININ FAVORİTLƏRİ – Hansı millilərin şansı daha yüksəkdir?

image-728x90

2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) başlamasına artıq sayılı günlər qalıb. 

14 iyun-14 iyul tarixlərində baş tutacaq turnirin açılış matçında A qrupunun və çempionatın əsas favoritlərindən olan Almaniya ilə Şotlandiya milli komandaları üz-üzə gələcəklər. Bukmekərlərin proqnozlarına görə, turnirə ev sahibliyi edəcək Almaniyanın final şansı olduqca yüksəkdir. “OPTA” statistika agentiyinin proqnozlarına görə, Şotlandiya, Macarıstan və İsveçrə ilə A qrupunda mübarizə aparacaq Almaniya yığmasının son 16 turuna vəsiqə qazanmaq şansı 88,5%-dir. Yulian Nagelsmanın komandası 52,1% göstərici ilə qrupun favoriti hesab olunur. Bu yığma ilə bağlı maraqlı nüanslardan biri odur ki, Almaniya tarixən ev sahibi olduğu turnirlərdə çox yaxşı çıxış edib.

 

Məsələn, 1974-cü ildə Dünya Kubokunu qazanıb, AVRO 1988-də yarımfinala yüksəlib, 2006 Dünya Kubokunda üçüncü olub. Digər diqqət çəkən məqam isə odur ki, Almaniya AVRO 2016-dan bəri böyük beynəlxalq turnirlərin heç birində pley-off oyunlarında qalib gələ bilməyib. Digər tərəfdən, Almaniya son illər qeyri-stabil çıxışı ilə daha çox yadda qalıb. Ağ-qaralar son iki Dünya Kubokunun (2018, 2022) qrup mərhələsində və AVRO -2020-nin 1/8 finalında mübarizədən kənarda qalıblar.

A qrupundan 1/16 mərhələsinə yüksəlmək şansı ən yüksək olan ikinci komanda isə İsveçrədir (61,0%). Macarıstanın qrupdan çıxmaq şansı 59,3%, Şotlandiyanın isə 58,9% şəklində qiymətləndirilir. “OPTA” gösətəricilərinin aşağı-yuxarı bərabər olması A qrupunda çox maraqlı və amansız bir mübarizəyə şahdlik edəcəyimizdən xəbər verir. Ekspertlərin proqnozlarına görə, Almaniyanın turnirdə çempion olma şansı 12,4%, İsveçrənin 1,2%, Şotlandiyanın 1%, Macarıstanın isə 0,9%-dir.

 

 

A qrupunda mübarizə aparacaq komandaların heyət dəyəri aşağıdakı formadadır:

– Almaniya – 851 milyon avro;

– İsveçrə – 281,5 milyon avro;

– Macarıstan – 166,45 milyon avro;

– Şotlandiya – 208,40 milyon avro.

A qrupunun oyun cədvəlini təqdim edirik:

14 iyun, 23:00. Almaniya – Şotlandiya

15 iyun, 17:00. Macarıstan – İsveçrə

19 iyun, 20:00. Almaniya – Macarıstan, 23:00. Şotlandiya – İsveçrə

23 iyun, 23:00. İsveçrə – Almaniya, 23:00. Şotlandiya – Macarıstan.


B qrupu

AVRO 2024-ün B qrupunu turnirin “ölüm qrupu” adlandırmaq olar. Çünki bu qrupda qitənin 3 nəhəngi – İspaniya, Xorvatiya və İtaliya milli komandaları yer alır. Qrupun 4-cü və elə böyük ehtimalla sonuncusu olacaq yığması isə Albaniyadır. “OPTA”-ya görə, İngiltərə (19,9%), Fransa (19,1%) və Almaniyadan (12,4%) sonra 9,6%-lə İspaniya AVRO 2024-ün dördüncü favoritidir. İspaniyanın 1/16 mərhələyə yüksəlmək şansı 89,1%, İtaliyanın 80,3%, Xorvatiyanın 67,8%, Albaniyanın isə 33,4%-dir. Turnirin çempionu olma şanslarına gəlincə, bu göstərici İtaliyada 5%, Xorvatiyada 2%, Albaniyada isə 0,2 faizdir.

B qrupunda mübarizə aparacaq komandaların heyət dəyəri aşağıdakı formadadır:

– İspaniya 966,5 milyon avro.

– İtaliya – 705,5 milyon avro

– Xorvatiya 327,7 milyon avro

– Albaniya – 111,6 milyon avro

B qrupunun oyun cədvəlini təqdim edirik:

15 iyun, 20:00. İspaniya – Xorvatiya, 23:00. İtaliya – Albaniya;

19 iyun, 17:00. Xorvatiya – Albaniya;

20 iyun, 23:00. İspaniya – İtaliya, 23:00. Albaniya – İspaniya;

24 iyun, 23:00. Xorvatiya – İtaliya.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90