image-rt-reklam
image-1647407715_1647404881_3vygq9gceofsvyicvhepcb5hnqna3afb6j9cnwt7-1backend

Aviabiletlər bu qədər BAHALAŞACAQ

image-728x90

Bütün dünyada aviabiletlərin qiyməti bahalaşacaq. Buna səbəb Rusiya hava məkanından yayınmaq üçün marşrutların dəyişdirilməsidir.

Bu barədə “Bloomberg” “American Express Global Business Travel”-in məlumatlarına istinadən məlumat yayıb.

Avropa-Asiya marşrutları üzrə biletlər 12%, Şimali Amerika-Asiya reyslərində isə 10% bahalaşacaq.

“Avropa və Asiya arasında gediş haqqının artırılması, həmçinin Ukraynanın işğalından sonra bir çox aviaşirkətlər üçün bağlı olan Rusiya hava məkanından yayınmaq qiymətə təsir edir. Dolama marşrut uçuş müddətini üç saata qədər artıra bilər, nəticədə yanacaq sərfiyyatı və xərclər də artır”, – hesabatda qeyd olunub.

Şimali Amerika-Asiya tarifləri biznes sinfində 5,6% bahalaşa bilər. Asiya-Avropa marşrutu üzrə 12% artım ekonom sinif tariflərinə aiddir, qitələrarası biznes sinif biletlərinin isə orta hesabla 7,6% artacağı proqnozlaşdırılır.

Şimali Amerikada gediş haqqı hər iki kabin sinfində, təxminən 3% artacaq. Şimali Amerika-Avropa marşrutu üzrə gediş haqqı 2022-ci ilə nisbətən 3,7% baha olacaq.

“Ən böyük dəyişikliklərdən biri Avstraliya daxilində təxminən 19% bahalaşacağı proqnozlaşdırılan biznes sinif biletləri olacaq. Aviaşirkətlər personal çatışmazlığı və yüksək yanacaq xərcləri kimi problemlərin həlli üçün öz imkanlarını azaldıb və bu, bilet qiymətlərini artırır”, – məlumatda vurğulanıb.

Avropada regiondaxili hava səyahətinin gələn il biznes sinifdə 6%, ekonom sinifdə isə 5,5% artacağı gözlənilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90